Haval şirkəti Tailandda yenilənmiş Jolion krossoverinin satışlarına başlayıb. Bu barədə yerli blogger Aet Tawat xəbər verib. Yenilənmiş model dəyişdirilmiş zahiri görkəmə malik olub, lakin dəyişikliklər bununla bitmir – Lolion modelinin mühərrik çeşidində hibrid güc qurğusu peyda olub.

Avtomobilin eksteryerində baş vermiş dəyişikliklər kosmetik xarakter daşıyırlar: Jolion toru əvəzləmiş kiçik metal elementlərdən naxışı olan radiator barmaqlığını, böyümüş “kirpikləri” olan ön fənərlərin və arxa işıq texnikasının başqa tərtibatını əldə edib. Krossoverin kuzovu və salonu əvvəlki kimi qalıb.

Image alt Image alt Image alt Image alt

Hibrid güc qurğusuna gəldikdə isə, onun əsasını elektromotor ilə tandemdə çalışan 1,5-litrlik mühərrik təşkil edir. Tandemin ümumi hasilatı 190 at qüvvəsi və 375 Nm fırlanma anı təşkil edir. Jolion modeli 1,8 kilovat-saatlıq batareyaya malikdir ki, bu da sırf elektrik ötürməsi ilə hərəkəti mümkünsüz edir. Hibrid krossover 100 kilometrə 4,2 litr yanacaq sərf edir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.