Son bir neçə gün ərzində Fisker şirkəti öz pərəstişkarlarını qıcıqlandırmaqla məşğuldur. Əvvəlcə şirkət bir çoxlarının kupe (nə gizlədək, onların arasında biz də varıq) hesab etdiyi Ronin kabrioletinin tizerini nümayiş etdirib. Bu gün isə, istehsalçı gələcək yığcam büdcə hetçbekini xatırlatmaq qərarına gəlib.

Bildiyimiz kimi, əvvəllər internet şəbəkəsində hetçbekin yuxarıdan çəkilmiş təsviri olan tizer peyda olmuşdu. Bu dəfə markanın rəhbəri Henrik Fisker elektrokarın ön hissəsini nümayiş etdirmək qərarına gəlib. Qeyd etmək gərəkdir ki, avtomobilin dizaynı bizə yaxşı tanış olan Ocean krossoverinin üslubunda həll edilib.

Fsker Pear

Əvvəl də ehtimal etdiyimiz kimi, Fisker Pear yığcam krossover deyil, sadəcə eksteryerində idman cizgiləri olan adi hetçbek olacaqdır. O, Ocean krossoverindən daha kiçik olacaq və yalnız şəhərdə hərəkət etmək üçün nəzərdə tutulmuşdur.

Odur ki, yığcam elektrokardan böyük yürüş ehtiyatı gözləmək lazım deyil. Pear modelinin qiyməti də 30 min dolları keçməməlidir. Beləliklə, Pear hetçbeki Ocean krossoverindən 10 min dollar ucuz olmalıdır.

Fisker Ronin

Pear modelinin yaradılmasında Fisker şirkəti ilə birlikdə iPhone smartfonlarının istehsalıçısı kimi tanınan Tayvanın Foxconn şirkəti də iştirak edib. Fisker şirkəti Pear modelinin istehsalına Ronin rosdteri ilə birlikdə 2024-cü ildə başlamağı planlaşdırır. Hər iki yeniliyin Ocean elektrik krossoveri kimi, Avstriyadakı Magna-Steyr zavodunda istehsal ediləcəyi də istisna olunmur.

Ocean krossoverinin Fisker şirkəti üçün əhəmiyyətindən danışmağına dəyməz. Uğursuz Karma modelini (şirkətin müflis olmasının gətirib çıxarıb)  nəzərə almasaq, elektrik krossoverini istehsalçının ilk avtomobili saymaq olar. Bu günə qədər Fisker şirkəti yeni krossoverə 40 mindən çox öncədən sifarişi toplayıb, odur ki, Henrik Fiskerin səhv etmək şansı heç yoxdur.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.