Hindistanda uzunluğu 3,8 metr olan büdcə avtomobilinə - Hyundai Exter krossoverinə ilkin sifarişlərin qəbuluna start verilib. Yenilik beş qeydə alınmış təchizatda təklif olunacaq, alıcılar isə, 5-pilləli mexaniki və tək muftalı robotlaşdırılmış transmissiyalar arasında seçim edə biləcəklər. Mühərrikin seçimində alternativ yoxdur: 1,2-litrlik atmosfer mühərriki benzin və ya qazla işləyə bilər.

Hyundai Exter brendin Hindistandakı ən ucuz krossoveri olacaq və bu adı 750.000 rupi başlanğıc qiyməti ilə yenilənmiş Venue modelindən alacaqdır. Exter modelinin 20 faiz ucuz olacağı gözlənilir. Öncədən sifarişi 11.000 rupilik beh qarşılığında rəümiləşdirnək olar.

Texnologiya baxımından Exter krossoveri i10 Nios və Aura subkompakt modelləri ilə unifikasiya ediləcəkdir. 1,2-litrlik dördsilindrli mühərrikdə onlardan götürüləcəkdir. 

Spesifikasiyalar açıqlanmır, lakin hind jurnalistləri bu mühərrikin 83 at qüvvəsi və 114 Nm fırlanma anı hasil edəcəyini gözləyirlər. Zəngin təchizatlar olmayacaqdır: yalnız top versiyada İnternetə çıxışı olan mediasistem quraşdırılacaqdır.

Image alt Image alt Image alt

Cənubi Koreyadan gələn fotoşəkillər sayəsində Hyundai Exter krossoverinin eksteryeri sirr deyil, lakin casuslar interyerə nəzər salmağa imkan tapmayıblar və avtomobil istehsalçısı hələlik interyeri göstərməyib. Bütün təfərrüatların yaxın həftələrdə peyda olacağı, satışların isə iyul və ya avqustda başlaması gözlənilir.

Hyundai Exter krossoverinin əsas rəqibləri yeni Citroen C3 (702 min rupidən) və Tata Punch (611 min rupidən) modelləri olacaqdır. Gələcəkdə yenilik digər Asiya ölkələrində də satıla bilər, lakin Koreya istehsalçısı büdcə krossoverini yalnız Hindistanda yığmağı planlaşdırır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.