"Qaynar" Honda Civic Type R hetçbeki yanvar ayında kiçik yenilənməyə məruz qalıb. Yenilənmiş hetçbek xırda eksteryer dəyişikliklərinə və təkmilləşdirilmiş şassiyə sahib olub. İndi isə, yapon istehsalçısı “qaynar” hetçbekin modifikasiya çeşidini genişləndirməyə başlayıb. Bu günlərdə modelin iki yeni versiyası debüt edib - Sport Line və Limited Edition. Lakin, bu adi adların arxasında olduqca maraqlı avtomobillər gizlənir.

Mövcud olan standart Type R modelini həddən ziyadə ekstremal və gözəgirən hesab edənlər üçün Sport Line versiyası hazırlanıb. Bu modifikasiya daha sadə antiqanadı və kuzovdakı qırmızı haşiyələrin olmaması ilə seçilir. Standart 20-düymlük təkər diskləri 19-düymlük variantlar ilə əvəzləniblər. Michelin Pilot Sport 4S şinləri ilə təchiz edilmiş 19-düymlük təkər diskləri səs-küy izolyasiyası ilə birlikdə gündəlik istismar zamanı istifadə rahatlığını yüksəldir. Salondakı qırmızı rəngli parlaq kreslolar, qırmızı tikişləri olan qara oturacaqlarla əvəz edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Digər modifikasiya isə, Honda Civic Type R modelinin 100 nüsxəlik tirajla buraxılacaq Limited Edition adlı xüsusi trek versiyasıdır. Bu avtomobilin xüsusiyyətləri Michelin Pilot Sport Cup 2 yarış şinləri olan 20 –düymlük yüngül çəkili BBS təkər diskləri, təkmilləşdirilmiş asqı, qara rəngə boyanmış dam, güzgü gövdələri və kapotdakı hava girişləri, həmçinin kuzovun opsional sarı rəngidir.

Əsas yenilik - avtomobilin azaldılmış çəkisidir. Çəkinin azaldılması üçün kondisioner, mediasistem, həmçinin damın, baqaj qapısının və ön panelin səs-küy izolyasiyasından imtina edilib. Nəticədə, Type R Limited Edition, Type R modelinin standart versiyası ilə müqayisədə 47 kq yüngül olub. Bununla belə, elektron təhlükəsizlik sistemləri kompleksi və adaptiv kruiz -kontrol “bazada” saxlanılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hər iki xüsusi versiya 320 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən standart 2.0 VTEC turbomühərriki və 6-pilləli mexaniki transmissiya ilə təchiz edilib.

Honda Civic Type R Sport Line modifikasiyasına malik olan hetçbeklər Avropadakı dilerlərə yaz aylarında çatdırılacaqdırlar. Hetçbekin satış qiyməti 41.490 avrodan başlayacaqdır. Xatırladaq ki, standart model  37.990 avrodan başlayan qiymətlərlə satılır. Nürbuqrinqin ən sürətli ön ötürməli avtomobil adı uğrunda mübarizə aparacaq ekstremal Civic Type R Limited Edition modelini alıcılar yaya qədər gözləməli olacaqdırlar.