Honda şirkəti də Şanxayda keçirilən avtosalona əli boş gəlməyib – doğrudur, yaponlar yeni modelləri təqdim etməsələr də, gələcək seriya elektrik krossoverlərinin carçılarını göstəriblər. Honda e:NP2 və Honda e:NS2 əkizləri konveyer xəttinə ən yaxın olanlardır: onların seriya istehsalına 2024-cü ilin əvvəlində başlamaq planlaşdırılır.

Krossoverlər bir-birindən işıq texnikası, bamperləri və dekoru ilə fərqlənirlər. Üstəlik, onlar müxtəlif birgə müəssisələr tərəfindən istehsal olunacaqlar: e:NP2 modeli GAC Honda müəssisəsinin konveyerindən çıxacaq, e:NS2 isə Dongfeng Honda müəssisəsinin model çeşidinə qoşulacaqdır.

Hər iki avtomobil e:NP1/e:NS1 seriya elektromobillərinin daha dinamik və gənclər üçün nəzərdə tutulmuş versiyalarıdır ki, onlar da öz növbəsində Honda HR-V krossoverinə əsaslanırlar. Elektrik e:N Architecture F platforması ön oxda tək elektrik mühərrikini, öndə McPherson dayaqlarını və yarı müstəqil arxa asqını ehtiva edir.

Honda Connect 4.0 mediasistemi də vəd edilib, lakin başqa təfərrüatlar açıqlanmayıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Honda e:N SUV Prologue konsepti 2024-cü ilin sonunadək seriyaya getməlidir. Bu krossover yuxarıda təsvir olunan cütlükdən daha böyükdür və artıq daha böyük e: N Architecture W elektrik platformasına əsaslanır. Platforma ikiqollu ön, çoxqollu arxa asqıya, habelə arxa və tam ötürmə arasında seçim etmək imkanına malikdir. Əgər il yarım əvvəl Honda reallıqdan uzaq bir konsept nümayiş etdirmişdisə, Şanxaya daha mükəmməl işlənmiş bir eksponatı gətirib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.