Çinin FAW konserninə məxsus olan Hongqi (“Qırmızı bayraq”) markası iri və bahalı HS7 krossoverini Quançjouda keçirilən avtosalonda təqdim edib. Hongqi markası Çinin partiya elitası üçün limuzinlər istehsal edən marka kimi tanınır.

Avtomobil iki il bundan öncə Pekin avtosalonunda təqdim edilmiş Hongqi Concept-S konseptinin seriya variantı olduğunu söyləmək mümkündür. Bununla belə, seriya modeli prototipdən ciddi şəkildə fərqlənir. İlk növbədə konseptin nazik formalı işıqdiodlarından hazırlanmış fənərlərindən əsər-əlamət qalmayıb, üstəlik damın dayaqları daha şaquli vəziyyət alıblar. Krossoverin əsas cəhətləri markaya xas olan iri radiator barmaqlığı, C-şəkilli gündüz hərəkət işıqları və sadə formalı yan tərəfləridir.

Çinin kütləvi informasiya vasitələri krossoverin əsasını Hongqi H7 sedanının platformasının təşkil etdiyini bildiriblər. Xatırladaq ki, sonuncu Toyota Crown Majesta modelinin beşinci nəslinin bazasında inşa edilibdir. Avtomobil 3,0-litrlik altı silindrli turbomühərrik və səkkiz pilləli avtomatik transmissiya ilə təchiz edilir. Mühərrik 338 at qüvvəsi və 445 Nm fırlanma anı hasil edir. Krossover tam çəkişlidir.

Sərgidə avtomobilin interyeri nümayiş etdirilməyib. Salonun cəsus şəkilləri interyerin sadə xəttlərə malik olduğunu göstərir. Tərtibat materialları isə əksinə sadə deyil – burada dəri və ağacdan bol şəkildə istifadə olunub. İnteryerdə dəbdəbli avtomobillərdə gördüyümüz rombşəkilli tikişləri də görmək olar.  

Mənbə: Drive.ru

Image alt Image alt Image alt Image alt Image alt Image alt