Hyundai şirkətinin bu ayın sonunda keçiriləcək Los-Anjeles avtosalonunda bayraqdar krossoveri olan Palisade modelini təqdim edəcəyi bəllidir. Yeni modelin dizaynı artıq kimsə üçün sirr deyildir – bu yaxınlarda Rusiyanın “Avtorevyu” nəşri Palisade modelinin rəsmi fotoşəklini dərc edib.

Bu gün isə, Hyundai şirkəti yeni krossoverin İsveçin Argluq şəhəri yaxınlığındakı poliqonda keçirilən qış testləri barədə videomaterialı dərc edib. Sınaqların əsas məqsədi dartmaya nəzarət sisteminin sərt hava şəraitində fəliyyətini yoxlamaq olub. Təkərin yerində fırlanması və diaqonal asılma zamanı, sistem fırlanma anını yol səthi ilə ilişməsi olan təkərlərə ötürərək, mürəkkəb yol şəraitini qət etməyə yardım edir. Çox güman ki, oxlararası qapanma funksiyasını, fırlanan təkəri dayandıran elektron stabilizasiya sistemi oynayır.