Çətin taleyi ilə seçilən Hyundai Santa Cruz pikapı nəhayət ki, xoşbəxt sonluğa yaxınlaşır. Bu gün Cənubi Koreta şirkəti seriya pikapının təqdimat tarixini açıqlayıb - 15 aprel. Hələlik isə, yeni pikapın bir neçə tizerini dərc olunub.

Hyundai Santa Cruz Concept

Xatırladaq ki, pikapın carçısı olan konsept 2015-ci ilin yanvarında nümayiş etdirilmişdi – həmin pikap  Santa Fe krossoverinin şassisi üzərində qurulmuş, aparıcı kuzova və kiçik arxa qapıları olan "bir yarımlıq" kabinəyə sahib idi. Ancaq pikap üzərindəki çalışmalar daim təxirə salınırdı, çünki prioritet verilən layihələr ucbatından mühəndislik şöbələrinin işi həddindən çox idi. Şirkət rəhbərliyi yalnız 2017-ci ildə pikap layihəsinə yaşıl işıq yandırmaq qərarına gəlib, ancaq layihəni yenidən işləmək tələb olunurdu.

Hyundai Santa Cruz Concept

Nəticədə, gələcək Santa Cruz modeli daha yığcam Tucson krossoverinin yeni nəslinə əsaslanır. Krossover pikap ilə yalnız platforma və aparıcı konstruksiyanı deyil, həmçinin bütün ön hissəni də bölüşür. Beləliklə, iki avtomobil nəinki ümumi "üzə", habelə üç bucağın xarakterik kəsişməsi olan ümumi ön qapılara sahibdirlər. Pikapın kabinası konseptdən fərqli olaraq, iki oturacaq cərgəsinə və dörd tamölçülü qapıya malikdir.

Hyundai Santa Cruz

Tucson ilə unifikasiya pikapın köndələn yerləşən mühərrikə və arxa oxu qoşan muftası olan “əsas” ön ötürməyə  sahib olduğuna işarə edir. Santa Cruz modeli üçün əsas (bəlkə də yeganə) bazar Şimali Amerika olacaqdır. Burada onun birbaşa rəqibləri yoxdur: hətta ABŞ-da yığcam sayılan Ford Ranger və ya Chevrolet Colorado pikapları daha böyükdürlər və ramalı konstruksiyaya malikdirlər. Buna görə də, Hyundai cəsarətlə Amerikada yeni Sport Adventure Vehicle (SAV) sinfini yaratdığını bəyan edib.

Image alt Image alt Image alt Image alt

Hyundai Santa Cruz pikaplarının istehsalına bu yay, şirkətin ABŞ-ın Alabama statındakı Santa Fe və Tucson krossoverlərinin, eləcə də Sonata və Elantra sedanlarının buraxıldığı zavodunda başlanacaqdır. Əslində bu, Hyundai şirkətinin ofroud pikapları seqmentindəki ilk təcrübəsi olacaqdır: bundan əvvəl koreyalılar yalnız arxa ötürməli Pony modelinə əsaslanan sadə pikapları buraxıb.