Hyundai şirkəti növbəti nəsil Sonata modelinin ilk şəkillərini dərc edib. Yeni sedan Le Fil Rouge konseptindən ilham alınaraq yaradılıb və Sensuous Sportiness (hissiyatlı idman) firma üslubunda dizayna malik olub.

Sensuous Sportiness konsepsiyası dörd prinsipə əsaslanır: proporsiyalar, arxitektura, üslub və texnologiyalar. Bu dizayn üslubu Sonata modelinin görkəmində kuzovun çoxqatlı xəttləri, həcmli səthlər, həmçinin çıxıntılı və əyilmiş formalarla təzahür edir. Yandan sedan kupeyə bənzəyir ki, dizaynerlərin də məqsədləri bu olub.

Cari nəsil ilə müqayisədə  yeni sedan bir qədər iri olub. Onun təkər bazası 35 millimetr, ümumi uzunluğu isə 45 millimetr artıb. Avtomobilin hündürlüyü 30 millimetr azalıb, eni isə əksinə 25 millimetr genişlənib. Yeni Hyundai Sonata modelinin tanınan cəhətləri sportkarları xatırladan kaskad formalı radiator barmaqlığı, həmçinin «görünməyən» gündüz hərəkət işıqlarıdır. Bu işıqlar söndürülmüş halda xrom dekor elementlərinə bənzəyir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni Sonata modelinin ön panelinin arxitekturası gözəgörünməz Stels təyyarələrini xatırlatmalıdır. Panel maksimal dərəcədə nazik edilib ki, ilk baxışda havada süzmə effekti yaransın. Salonun tərtibatı üçün dəri və yüngül parça materiallardan istifadə edilir. Avtomobil virtual cihazlar paneli və trnasmissiyanın shift-by-wire elektron selektoru ilə təchiz edilir.

Yeni nəsil Hyundai Sonata modelinin debütü aprel ayında keçiriləcək Nyu-York avtosalonunda baş tutacaqdır.