Hyundai şirkətinin N bölümünün “qaynar” Sonata modelini hazırladığı barədə məlumat vermişdik. Bu günlərdə Sonata modelinin bütün modifikasiyalarını sınaqdan çıxarmış Motor1 saytının əməkdaşları Hyundai Sonata N-Line modeli barədə bəzi məlumatları əldə ediblər.

Koreya istehsalçısının nümayəndələri Hyundai Sonata N-Line modelinin debütə hazır olduğunu və “qaynar” modelin Sonata ailəsindəki yeganə ən güclü və ən yeyin versiya olacağını bildiriblər. N bölməsi ənənəvi olaraq koreya markasının model xəttində olan avtomobillərin “bərkgedən” versiyalarını hazırlamaqla məşğuldur, lakin yeni Sonata N versiyasına sahib olmayacaqdır. Hələlik, “bərkgedən” avtomobil həvəskarları modelin N-Line versiyası ilə kifayətlənməli olacaqdırlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hyundai Sonata N-Line modelinin 2,5-litrlik turbomühərrik ilə təchiz ediləcəyi gözlənilir. İlkin məlumata görə, turbomühərrik 290 at qüvvəsi və 420 Nm fırlanma anı hasil edəcəkdir. Güc aqreqatı 8-pilləli “yaş” muftaları olan “robot” ilə tandemdə çalışacaqdır. Bununla belə, Sonata N-Line nə tam ötürməyə, nə də ki yüksək sürtünməli differensiala sahib olacaqdır. Mühərrikin bütün potensialı darma vektoruna nəzarət funksiyası olan ön oxa ötürüləcəkdir.

N-Line indeksli Sonata modelini fərqləndirən cəhətlər 19-düymlük təkər diskləri və “dördlüləli” buraxılış sistemi olacaqdır. Avtomobilin salonunda güclü dəstəkləri olan ön oturacaqları və ötürmələr qutusunun sükanaltı dəstəkləri olan sükan çarxını görmək olar. Hyundai Sonata N-Line modelinin satışlarına 2020-ci ilin payızında başlanacaqdır.

Mənbə: Motor1