Hyundai şirkəti yeni nəsil Sonata sedanının platforması barədə məlumat verib. Cənubi Koreya istehsalçısı bu platformanı “üçüncü nəsil platforma” adlandırır.

Söhbət qaynar ştamplamadan və ən yüksək sərtlikli poladdan gedir ki, bunlar da kuzovun möhkəmliyini və uzun ömürlülüyünü artırır. Lakin, maraqlı detallar da mövcuddur. Məsələn, platforma elə layihələndirilib ki, kiçik örtmələrlə zərbə zamanı təkərlər kuzovun daxilinə deyil, xaricinə doğru yerlərini dəyişirlər – bu texnologiya çevirmə anının qarşısını alır və təkrar zərbələrin ehtimalını azaldır.

Bundan başqa, platformanın aşağı ağırlıq mərkəzinə,yaxşı səs izolyasiyasına malik olduğu da qeyd edilir. Eyni zamanda, yeni platforma əvvəlkinə nisbətən daha aşağı ağırlıq mərkəzinə sahib olub. Nəhayət, Hyundai Sonata modelində debüt edən platforma ümumi adı SmartStream olan və gələcəkdə tətbiq ediləcək yeni nəsil güc aqreqatlarının quraşdırılması üçün adaptasiya edilib.