Range Rover Evoque və Land Rover Discovery Sport modelləri məişət şəbəkəsindən qidalanan hibrid versiyalara sahib olublar. Hər iki ofrouder Ingenium ailəsindən olan üçsilindrli benzin mühərriki, elektrik mühərriki və 8-pilləli avtomatik transmissiya ilə təchiz edilir.

Yeni Range Rover Evoque P300e PHEV və Discovery Sport P300e PHEV modelləri yanacaq və vergi xərclərini əhəmiyyətli dərəcədə azaltmaq istəyən fərdi və korporativ müştərilərə yönəldilib. Hər iki model 200 at qüvvəli 1,5-litrlik «turboüçlük", 109 at qüvvəli elektromotor, 15 kilovat-saat tutumu olan batareya və yeni 8-pilləli avtomatik transmissya ilə təchiz edilir. Xatırladaq ki, digər modifikasiyalar mexaniki transmissiya və ya 9-pilləli ZF avtomatı ilə təchiz edilirlər. 

Qoşulan hibrid modellər, müvafiq olaraq, 100 kilometrə cəmi 1,4 və 1,6 litr yanacaq sərf edirlər. Bundan başqa, ofrouderlər bir kilometrə 30 qramdan bir qədər çox karbon qazı atırlar.

P300e PHEV indeksinə sahib olan modellər 309 at qüvvəsinə və 540 Nm fırlanma anına malikdirlər. Evoque ilk “yüzlüyə” 6,4 saniyəyə, Discovery Sport modeli isə 6,6 saniyəyə sürətlənir. Elektrik ötürməsi ilə Evoque modeli 66, Discovery modeli isə 62 kilometr (WLTP) məsafə qət edir. Daxili yanma mühərrikini işə salmadan hibridlər 135 km/saat həddinə qədər sürətlənirlər. Batareyanın 80 faizinin 32 kilovatlıq terminaldan doldurulmasına 30 dəqiqə vaxt gərəkdir. Divarda quraşdırılmış yeddi kilovatlıq cihazdan isə bu işə 1 saat 30 dəqiqə vaxt tələb olunur. Məişət elektrik şəbəkəsindən istifadə zamanı batareyanın doldurmasına 6 saat 42 dəqiqə sərf olunur.

Hibrid güc qurğusu üç iş rejiminə malikdir: Hybrid, EV və Save. Hybrid rejimində daxili yanma mühərriki ilə elektrik mühərriki arasındakı seçim mövcud hərəkət şəraitindən, batareyanın gücündən və ya naviqasiya sistemindəki marşrutun son nöqtəsindən asılıdır. EV rejimində, adından da məlum olduğu kimi, ofrouderlər yalnız elektrik ötürməsi ilə hərəkətə gəlirlər. Save rejimində batareyanın cərəyanına qənaətə üstünlük verilir. Bundan başqa, ofrouderlər brake-by-wire sistemi ilə də təchiz edilirlər. Ənənəvi vakuum əyləc gücləndiricisini əvəz etmiş sistem rekuperasiya zamanı - 0,2 g -yə qədər yavaşlamanı təmin edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Qoşulan hibridlərə sifarişlər artıq qəbul olunur. Almaniyada Range Rover Evoque P300e PHEV modeli 50,750 avrodan, Discovery Sport P300e PHEV modeli isə 49.255 avrodan başlayan qiymətlər ilə satılacaqdırlar.