İlon Mask Şanxaydakı zavodun açılış mərasimindəki çıxışını qeyri-adi şəkildə başlayıb. İstehsalın başlanmasını elan etməzdən öncə, 48 yaşlı milyarder səhnədə rəqs edib. Maskın rəqsi bir qədər yöndəmsiz alınsa da, ətrafdakıların marağına səbəb olub.

Mask, Şanxaydakı zavodun konveyerində istehsal ediləcək ikinci model olan Tesla Model Y krossoverinin şəkli fonunda rəqs edib. Bu zavodda buraxılan ilk model Model 3 elektrokarı olub - indi şirkət 30 faiz lokalizasiya ilə həftədə 1000 elektromobil istehsal edir. 2020-ci ilin sonuna qədər lokalizasiya səviyyəsinin 100 faizə çatdırılması planlaşdırılır. Şanxaydakı müəssisənin istehsal gücü ildə 250 min avtomobil təşkil edir.

Tesla Model 3 elektrokarı Çində 355,800 yuana (86,970 manata) almaq olar. Lokalizasiya və istehsal həcminin artmasından sonra, elektromobilin qiyməti təqribən 20 faiz ucuzlaşacaqdır.

Mənbə: New China TV