Müflis olmuş akkumulyator istehsalıçısı olan Alevo firmasının sabiq əməkdaşları tərəfindən yaradılmış Innolith startapı batareya texnologiyalarında əldə etdiyi sıçrayış barədə məlumat verib. İsveç firması bir kiloqrama 1000 vatt-saat enerji saxlama sıxlığı olan batareyanın eksperimental nümunəsini yaratmağa müvəffəq olub. Bu hazırki Tesla modellərində tətbiq edilən batareyalarda olduğundan dörd dəfə çoxdur. Belə texnologiyalardan istifadə edən elekromobillər enerji yükləmədən 1000 kilometrdən çox məsafə qət edə bilərlər.

Innolith firmasının məhsulunun əsasını əvvəlki kimi, ənənəvi litium-ion batareyalarında istifadə edilən maye elektrolit təşkil edir. Bu texnologiyanın maraqlı cəhəti isə, həlledici əvəzinə qeyri-orqanik duzabənzər substansiyanın tətbiq edilməsidir. Bu substansiya kimyəvi cəhədən sabitdir və yanmaya daha çox davamlıdır. Bundan başqa, belə həll yolu radioaktiv elementlərdən yaxa qurtarmağa imkan verir ki, bu da batareyanın yığılmasını sadələşdirir və “əlavə reaksiyalar” problemini həll edir. Innolith batareyaları deqradasiya qarşı davamlıdır və 50 min doldurmadan sonra qalan həcmin 50 faizini quruyub-saxlayır.

Artıq qeyd etdiyimiz kimi, Innolith eksperimental batareyanın sıxlığının bir kiloqrama 1000 vatt-saat olduğunu iddia edir. Müqayisə üçün, Tesla Model 3 elektrokarının batareyasında bu göstərici 250 vatt-saatdır. Hazırda ABŞ-ın Energetika nazirliyi bir kiloqrama 500 vatt-saat sıxlığa malik olan batareyaların yaradılmasına sponsorluq edir.

Perspektiv akkumulyatorların istehsalına yaxın zamanlarda Almaniyada start veriləcəkdir. İşləmələrə son verib kommersiya nüsxələrinin yaradılmasına 3-5 il arasında vaxt tələb olunduğu bildirilir. Bu isə, yeni batareyaların 2022-ci ildə satışa çıxarılacağından xəbər verir.