Gələn il Lincoln Continental modeli özünün 80 illik yubileyini qeyd edəcəkdir. İlk dəfə bu model 1939-cu ildə işıq üzü görüb. İlk model yalnız ikiqapılı kuzovlar (kupe və kabriolet) və V12 mühərriki ilə istehsal edilib. Bu əlamətdar tarixi qeyd etmək üçün Lincoln şirkəti Continental modelinin xüsusi seriyasını buraxmaq qərarına gəlib.

Xüsusi seriyadan olan avtomobillər 1961-cı ilin Continental modelinin seçilən xüsusiyyətlərindən biri olan taybatay açılan qapılara malikdirlər. Bu qapılara el arasında “intihar” qapıları da deyirlər. Qapılara bu ad 20-ci əsrin əvvəllərində verilib. Bunun səbəbi isə rama üzərində inşa edilən avtomobillərin kuzovunu yetərli qədər sərt olmaması idi – çuxurlar olan yollarda qapılar əyilir, onların boşalmış qıfılları isə qapıların açılmasına səbəb olurdu. Bu qapıları bağlamaq cəhdi avtomobilin təkəri altında qalmaqla nəticələnə bilərdi.

Əlbəttə, o zamandan bəri qaıfıllar və avtomobillər daha mükəmməl olublar, lakin kütləvi seqmentdə belə qapılardan istifadə edilmir. İstisna Rolls-Royce markasıdır.

Artıq taybatay açılan qapılar Lincoln Continental 80th Anniversary Coach Door Edition modelinin də vardır. Qapılar original formaya malik olub, güclü ikiqat rəzələrdən asılıblar. Bu qapılar demək olar ki, 90 dərəcə bucaq alrında açılırlar. Bundan başqa, yubiley seriyasından olan Continental 152 millimetr uzadılmış təkər bazasına malikdir. Artıq avtomobilin uzunluğu 5,2 metrin üzərindədir.

Sedanın salonunun arxa hissəsi tamamilə yenilənibdir. Üçyerli divan yerini fərdi tənzimləmələri, qızdırılan və havalandırılan iki kresloya veribdir. Arxa oturacaqların arasında qatlanan masaları, planşet tutucuları və smartfonların induksion doldurulması meydançası olan iri mərkəzi konsol yerləşdirilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yubiley seriyasından olan avtomobillər 406 at qüvvəsi və 542 Nm fırlanma anı hasil edən 3,0-litrlik altı silindrli biturbomotor, altı pilləli “avtomat” və tam çəkiş sistemi ilə təchiz ediləcəkdir.80 nüsxəlik tirajla buraxılacaq sedanlara sifarişlər markanın ABŞ-dakı dilerləri tərəfindən qəbul edilir. İlk avtomobillər müştərilərə gələn ilin yayında çatdırılacaqdır. 2020-ci ildə modelin yeni tirajının buraxılması da gözlənilir.