İspaniyanın km77.com nəşri Avropada satılan Hyundai Ioniq 5 modelinin manevr qabiliyyətini və idarəedilməsini sınaqdan çıxarıb. Elektromobil qəfil şəkildə qarşıya çıxan maneənin qət edilməsi zamanı avtomobilin dayanıqlılığını nümayiş etdirən “sığır testinin” öhdəsindən eyni platformada inşa edilmiş Kia EV6 modelindən daha yaxşı gəlib. Ioniq 5 modeli qarşıya qoyulan tapşırığı 80 km/saat sürəti ilə həyata keçirib. Xatırladaq ki, Kia EV6 modeli “sığır testini” 78 km/saat sürətilə yerinə yetirmişdi.

Ioniq 5 modeli Mercedes-AMG A45 S (75 km/saat) və BMW M235i (68 km/saat) modellərindən daha yaxşı çıxış edib., lakin bu elektrokarların daha aşağı ağırlıq mərkəzinin olması ilə izah edilir. Odur ki, onlar manevrlər zamanı daha dayanıqlıdırlar. Misan üçün, Tesla Model Y və Model 3 modelinin nəticələri Ioniq 5 modelindən daha yaxşıdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.