Stellantis ittifaqının baş direktoru Karlos Tavares Jeep markasının ilk elektrik krossoverinin zahiri görünüşü üzərindəki sirr pərdəsini götürüb. Yeni elektrokarın renderləri konsernin keçirdiyi konfrans zamanı nümayiş etdirilib. Adı naməlum olan yığcam Jeep elektrik krossoveri ilin sonuna qədər təqdim olunmalıdır.

Jeep markasının ilk elektrik krossoverinin satışlarına 2023-cü ilin birinci rübündə başlanmalıdır. Stellantis elektrokarın texniki hissəsi barədə məlumat verməyib. Çox güman ki, “batareyalı” Jeep modelinin əsasının Peugeot e-208 modelindən tanış olan fransız e-CMP platforması təşkil edəcəkdir. 

İlk Jeep elektrokarının dizaynı amerikan markasının yanacaqlı modellərinin üslubundadır. Elektrik krossoveri formalarına görə yenilənmiş Compass modelinə bənzəyir. Bunlara misal kimi, qanadların xarakterik cizgiləri və firma radiator barmaqlığının təqlidini göstərmək olar.

Aerodinamikanı yaxşılaşdırmaq məqsədi ilə Jeep dizaynerləri arxa qapıların dəstəklərini gizlədib və ön hava girişlərinin sahəsi kiçildiliblər, lakin başqa fəndlər yoxdur - renderlərdə ənənəvi yan güzgülər və adi təkər disklərini görmək olar. 

Fənərlər maraqlı quruluşa malikdir - optika tərkiblidir və tündləşdirilmişdir. Bu günə qədər Jeep bənzər şeylər etməyib. X-şəkilli arxa fənərlər “kiçik” Renegade modelini xatırladır. Avtomobilin klirensi krossoverlərə görə sanballıdır.

Jeep markasının Avropadakı strategiyası tam elektrikləşdirməni nəzərdə tutur, lakin hələlik model xəttində yalnız mülayim və qoşulan hibridlər var. Keçən il eksperimental “Renqler” ofrouderi yaradılmışdı, lakin daxili yanma müərriklərindən imtinadan söhbət belə gedə bilməz.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.