Jeep şirkəti də 1 aprel günündə yapon həmkarından geridə qalmamağa çalışıb və yeni sedan buraxacağı barədə məlumat dərc edib. Amerikalılar yeni sedanın alman üçlüyünün premium sedanları ilə rəqabət aparacağını bildiriblər.

Əlbəttə ki, bu 1 aprel zarafatıdır. Bütün dünyada ofrouder istehsalçısı kimi tanınan marka heç də sedan buraxmaq niyyətində deyil. Şəkildə gördüyünüz avtomobil isə, Jeep Cherokee modelinin ön tərəfini almış Chrysler 300 sedanıdır. Qeyd etmək lazımdır ki, heç də pis alınmayıb. Sedanı deyirəm…