Renault-Nissan alyansının direktorlar şurasının sədri Karlos Qon Tokio prokurorluğu tərəfindən saxlanılıb. Yaponiyanın “Akashi” qəzeti Qonun vergidən yayındığına görə həbs olunduğunu bildirib.

Beləliklə, Karlos Qon yapon dövlətindən gəlirlərini gizlətməkdə və müvafiq olaraq vergidən yayınmaqda ittiham edirlər. İş ondadır ki, Qon başqa vəzifələri ilə yanaşı Nissan şirkətinin də idarə heyətinin sədri vəzifəsini tutur. Məlum məsələdir ki, o Yaponiyada da məvacib alır. Üstəlik, ona ödənilən vəsait Qonun yapon avtomobil sənayesində ən yüksək məvacibli menecer olduğundan xəbər verir. Onun həmkarlarının narazılıqlarına, Nissan şirkəti istedadlı meneceri layiqli məvaciblə təmin etmək gərək olduğunu bildirib. Qeyd etmk gərəkdir ki, Qonun maaşı Yaponiyada qəbul edilmiş məbləğdən daha çoxdur.

Qreq Kelli

Nissan şirkətinin prezidenti Hiroto Saikava artıq Qonu istefaya göndərmək barədə təklifi irəli sürüb. Qonla bərabər, onun hamilik etdiyi kadrlara nəzarət edən Qreq Kelli də işdən qovulacaqdır. Hələlik Qon və Kellinin gəlirləri gizlətmək sxemini birlikdə hazırladıqları hesab edilir. Üstəlik, bu ikilinin uzun müddət korporativ vəsaitlərdən şəxsi məqsədləri üçün istifadə etdikləri barədə də məlumatlar var. Söhbətin milyonlardan getdiyi iddia edilir.  

Yapon şirkəti təcili şəkildə keçirdiyi mətbuat konfransında məlum olan faktları təqsdiq edib. Şirkət tərəfindən aparılmış daxili tədqiqat Qon və Kellinin tutduğu vəzifələrindən sui istifadə edərək korporativ vəsaitləri şəxsi məqsədlərə xərclədiklərini aşkarlayıb. İdarə heyəti 22 noyabrda fövqəladə iclas keçirərək bu ikilinin Nissan şirkətində qalıb-qalmaması barədə qərar qəbul edəcəkdir.

Renault şirkəti də öz mətbuat açıqlamasını yayıb. Müstəqil director Filip Laqayetin və idarə heyətinin üzvləri Mari-Annik Darmeyak və Partik Toma şirkətin daha ətraflı məlumatı gözlədiyini, həmçinin alyans çərçivəsində öz maraqlarını müdafiə edəcəyini bildirib. Fransız şirkətinin idarə heyətinin iclası yaxın vaxtlarda keçiriləcəkdir.