Kaliforniyada fəaliyyət göstərən elektrokar və hibrid avtomobillərin istehsalçısı olan Karma Automotive şirkəti Pininfarina atelyesinin iştirakı ilə yaradılmış yeni konseptin ilk təsvirini dərc edib. Konseptin kütləvi debütü aprel ayında işinə başlayacaq Şanxay avtosalonunda keçiriləcəkdir.

Konsept haqqında heç bir məlumat verilməyib. Şayiələr görə, bu gələcək seriya avtomobilinin dizaynını nümayiş etdirən elektrik krossoveri olmalıdır. Şəkildə göründüyü kimi, konsept nazik işıq texnikasına və iri ölçülü hava girişlərinə sahib olacaqdır. Bu girişlər dğşəmənin altında yerləşdiriləcək batareyaların soyudulmasına qulluq edəcəkdir.

Karma Vision

Şanxayda koneptual krossover ilə yanaşı, daha bir elektrik prototipi Karma Vision və hibrid Revero sedanı nümayiş etdiriləcəkdir. Sonuncunun ABŞ və Kanada ilə bərabər digər bazarlarda da satılacağı gözlənilir. Karma Revero 2,0-litrlik dörd silindrli turbomühərrik və iki elektromotorla təchiz ediləcəkdir. Güc aqreqatının ümumi hasilatı 409 at qüvvəsi və 1330 Nm təşkil edir. Elektrik ötürməsi ilə hibrid 80 kilometr qət edir. Onun ümumi yürüş ehtiyatı 483 kilometrdir.