Ford Performance bölməsi Ken Blokun yeni drift avtomobilinin renderlərini təqdim edib. Avtomobil 1419 at qüvvəli Hoonicorn RTR modelinin ruhunda hazırlanıb və üçüncü nəsil Mustang kupesinin bazasında inşa edilib.

Yeni drift-karın adında 1978 -1993 illər arasında buraxılan Fox-body Mustang modelinə işarə vardır. Xatırladaq ki, üçüncü nəsil Ford Mustang modelləri Fox-body ləqəbini eyni adlı platformada inşa edildiklərinə görə almışdırlar.

Image alt Image alt Image alt Image alt Image alt

Hoonifox-un xarici dizaynı üzərində Hollivuddan olan qrafika dizayneri və yeni Betmobilin yaradıcısı Aş Trop, həmçinin Hoonigan-nın həmtəsisçisi Brayan Skotto işləyiblər. Blokun sözlərinə görə, Hoonifox-da 1980-ci illərin idman avtomobillərinə məxsus olan əsas atributları qorunub saxlanılıb: o, alçaq, enli və qəsdən kobuddur.

Hazırda Hoonifox yalnız renderlər şəklində mövcuddur, lakin onun növbəti Hoonicorn olmaq üçün bütün şansları vardır. Qərb jurnalistləri kupenin yarış tam ötürməsinə və bir neçə güc qurğusuna malik olacağını hesab edirlər. Məsələn, bu mühərrik Ford GT superkarından götürülmüş kompressorlu V6 Ecoboost, 5,0-litrlik V8 və ya hibrid əlavəli daxili yanma mühərriki ola bilər.