Kia e-Niro elektrokrossoverinin WLTP metodu ilə testlərini həyata keçirən sertifikasiya agentliyielektrokarın maksimal yürüş ehtiyatını artıq göstərib. Bu hal daxili səhv ucbatından baş verib. Uyğunsuzluğu istehsalçı özü aşkar edib.

"Autocar" nəşrinin bildirdiyinə əsasən, testi həyata keçirən şirkəti qiymətləndirmənin düzgün metodikasını seçmədiyindən elektrokar şəhər sınaqları zamanı daha uzun müddət hərəkət edib ki, bud a avtomobilin ümumi sürətini və elektrik enerjisinin sərfiyyatını azaldıb. Bu səbəbdən də, əvvəllər bəyan edilmiş 310 və 474 kilometrlik göstəricilərə yenidən baxılıbdır. Yeni göstəricilər 288 və 453 kilometrdir.

Səhvin aşkarlanmasından sonra Kia avtomobili sufariş etmiş müştərilərlə əlaqə saxlayaraq vəziyyəti onlara izah etmək məcburiyyətində qalıb. Bu məsələ Hyundai Kona modelinin də yürüş ehtiyatını şübhə altına alır. 

Kia e-Niro iki electromotor ilə təklif edilir. Standart olaraq elektrokrossover 135 at qüvvəsi və 395 Nm fırlanma anı hasil edən elektrik güc qurğusu və 32,2 kilovat-saatlıq batareya ilə təchiz edilir. Top variant isə, 204 at qüvvəsi hasil edən elektromotora və 64 kilovat-saatlıq batareyaya malikdir.  204 qüvvəli crossover 100 km/saat həddinə 7,8 saniyəyə sürətlənir. 64 kilovat-saatlıq batareyanın 80 faizini 54 dəqiqəyə bərpa etmək mümkündür.

İlk elektrokarlar Avropadakı sifarişçilərə gələn ilin əvvəlində çatdırılacaqdır.