Kia şirkəti bir həftə bundan öncə Los Ancelesdə keçiriləcək avtosalonda naməlum krossoveri təqdim edəcəyini bildirmişdi. Bir çoxları bu krossoverin Sorento modelinin yeni nəslinin olacağını güman edirdilər. Bu gün koreya istehsalçısının dərc etdiyi tizer bu suala cavab verib. Tizerdən göründüyü kimi, naməlum krossover bizlərə tanış olan Seltos modelindən başqa bir şey deyil.