Kia şirkəti ABŞ-ın Patent və Əmtəə Nişanları Bürosunda (USPTO) bir sıra ticarət nişanlarını qeydiyyatdan keçirib. Bu nişanlar Sportage, Sorento və Telluraide krossoverlərinin yolsuzluğa istiqamətlənmiş modifikasiyaları üçün nəzərdə tutulub. Yeni modifikasiyalar Sportage X-Line, Sportage X-Pro, Sorento X-Line, Sorento X-Pro, Telluride X-Line və Telluride X-Pro adlanacaq və 2022-ci ilin ortalarında amerikan bazarında satışa çıxarılacaqdırlar. Bununla belə, texniki cəhətdən hansı dəyişikliklərin olacağı məlum deyil.

Kia Sportage X-Pro

Car&Driver nəşrinin bildirdiyinə görə, Sportage modelinin X-Pro versiyası X-Line modifikasiyasından bir pillə yuxarıda duracaqdır. Belə modifikasiya tutqun qara rəngli 17-düymlük təkər disklərinə, Goodrich yolsuzluq şinlərinə və hərəkət rejimlərinin ( “Normal”, “Sport”, “Ağıllı” və “Qar”) seçilməsi sisteminə malik olacaqdır. Bundan əlavə, Sportage X-Pro modifikasiyası duman əleyhinə LED fənərlərə, alın şüşəsinin və şüşəyuyanların forsunkalarının qızdırılamasına sahib olacaqdır.

Opsional olaraq ikirəngli dam da təklif ediləcəkdir. X-Pro Prestige təchizat səviyyəsi LED fənərlərin, qızdırılan və havalandırılan ön öturacaqların, habelə səkkiz istiqamətdə tənzimlənən sərnişin oturacağının quraşdırılmasını nəzərdə tutur.

Kia Sorento X-Line

Böyük ehtimalla, Sorento və Telluride modellərinin X-Pro modifikasiyaları Sportage ilə eyni reseptə əsasən inşa ediləcəkdirlər. Telluride X-Line modelinin 20-düymlük təkər disklərini, qara radiator barmaqlığını, kuzov rəngində qapı dəstəklərini və müxtəlif eksteryer elementlərinin qara parlaq tərtibatını alacağı məlumdur. Yuxarıda qeyd etdiyimiz kimi, yeni modifikasiyalar 2022-ci ilin ortalarında satışa çıxmalıdırlar.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.