Kia Stinger modelinə olan tələbatın az olması, onun ikinci nəslinin buraxılmasını təhlükə altında qoyur - mümkün perspektivlərdən biri də elektrik ötürməsinə keçməkdir.

Kia Stinger modelinin satışları Cənubi Koreya istehsalçısının bu modelə olam ümidlərini doğrultmayıb və buna görə də, zərər gətirən liftbekin ikinci nəsli olmaya bilər. Ən azından, koreyalılar hələlik modelin yeni nəsli üzərində çalışmaların başlanmasına yaşıl işıq yandırmayıblar.

Böyük ehtimalla, istehsalçı modelin bazar perspektivlərinə şübhə ilə yanaşırlar. Top Gear nəşrinə müsahibə verən koreya markasının baş dizayneri Kərim Həbib, perspektiv variantlardan birinin elektrik güc qurğusunun tətbiqi olar. Çox güman ki, Kia Stinger yaşamaq üçün elektromobilə çevrilməlidir. Bu halda modelin bazarda qalmaq və konsernə qazanc gətirmək şansı olacaqdır.

"Texnologiyalar inkişaf etdikcə elektromobillərə olan münasibət dəyişir və onların populyarlığı durmadan artır. Buna görə də, zamana ayaqlaşmaq gərəkdir", - Həbib bildirib. 

Keçən il Kia Stinger modelinin qlobal satışları 18% azalıb. 2020-ci ildə də modelə olan tələb azalmağa davam etdi: birinci rübdə satışlar 21% aşağı düşüb. 2020-ci ilin mart ayında isə satışlar ümumiyyətlə pisləşib - 2019-cu ilin müvafiq ayı ilə müqayisədə satış göstəricisi 40% azalıb. Yenilənmiş Stinger modelinin təqdimatı iyul ayında baş tutmalıdır - yenilənmiş liftbekin satışlarına əsasən koreyalılar modelin taleyi barədə qərar verəcəkdirlər.