"AvtoVAZ" şirkəti Lada Vesta Sport modelinin rəng palitrasını genişləndiyini elan edib. Model üçün təklif edilən boya çeşidinə qara metal “Maestro” və parlaq mavi metal “Dayvinq” çalarları əlavə edilib. Beləliklə, eksklüziv dumanlı boz “Tayfun”, qırmızı “Serdolik”, ağ “Lednikovıy” və gümüş “Platina” da daxil olmaqla altı rəng avtomobil üçün mövcuddur. Bütün rənglər (ağdan başqa) 12 min rubl (286 manat) dəyərində olan opsiyadırlar.

Lada Vesta Sport standart sedandan bamperlərdəki qırmızı zolaqların olması, aerodinamik kuzov dəsti, 31 millimetr azaldılmış hündürlüyü olan asqı və genişləndirilmiş təkər isi, aşağı profilli şinləri olan 17-düymlük təkər diskləri ilə fərqlənir. Salondaə artırılmış yan dəstəyi olan idman oturacaqları quraşdırılmış və sükan çarxı dəlikli dəri ilə işlənmişdir.

"Dayvinq" rəngli Lada Vesta Sport

Texniki dəyişikliklər arasında asqının idman tənzimləmələri, başqa səsboğucu sistem və 145 at qüvvəli 1,8-litrlik mühərrik var. Sıfırdan saatda 100 kilometrə qədər sedan 9,6 saniyədə sürətlənir. Maksimal sürət saatda 193 kilometrdir.

Vesta Sport bu modelin xəttidə ən bahalı model olaraq qalır: sedanın qiymətləri 1.057.900 rubldan (25.230 manat) başlayır, Multimdia paketi (naviqasiya, arxa görüntü kamerası və qızdırılan ön şüşə) isə 1.093.900 rubla (26.090 manat) başa gələcəkdir. Təchizat səviyyəsi Luxe versiyasına uyğundur: idman sedanı iqlimə nəzarət, kruiz-kontrol, qızdırılan ön oturacaqlar, yağış və işıq sensorları, həmçinin audiosistemi ilə təchiz edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

"AvtoVAZ" şirkətinin məlumatına görə, modelin 2019-cu ilin yanvarında debüt etdiyindən bu günə qədər Rusiyada 850 ədəd Lada Vesta Sport modeli satılıb. Xatırladaq ki, Lada Vesta Azərbaycan bazarında 23.700 manatdan başlayan qiymətlər ilə təklif edilir. 2019-cu modeli ilinin Vesta SE Cross sedanlarını isə 21.800 manatlıq güzəştli qiymətlər ilə əldə etmək mamkündür.