Evo indeksinə sahib olan yenilənmiş Lamborghini Huracan superparının açıq kuzovlu Spyder variantı təqdim edilib. Spayder dönən arxa təkərlərə, hər bir təkərdə dartma vektoruna nəzarət edən sistemə və Huracan Performante modelindən alınmış V10 mühərrikinə malik olub.

Huracan Evo Spyder kupe kuzovlu variantdan yumşaq dam örtüyü ilə fərqlənir. Yumşaq örtüyü 50 km/saat həddinə qədər sürətlərdə 17 saniyəyə açıb-bağlamaq olur. Bundan başqa, rodster açıq damla hərəkət zamanı salondakı hava burulmasını azaldan iki müqavimət sipərinə sahibdir. Spayderlə birlikdə kuzovun yeni boyası da debüt edib. Bu, yaşıl Verde Selvans rənginin dördqatlı çalarıdır.

Modelin təchizatına salonun dəri və alkantara ilə tərtibatı, bir neçə staylinq dəstləri və firma Carbon Forged Composite və ya Carbon Skin materiallarından hazırlanmış dekor elementləri daxildir.

Lamborghini Huracan Evo Spyder titandan giriş klapanları və yüngülləşdirilmiş buraxılış sisteminə malik olan 5,2-litrlik V10 atmosfer mühərriki ilə təchiz edilir. Güc aqreqatı 640 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edir. Spayder 100 km/saat həddinə 3,1, 200 km/saat həddinə isə 9,3 saniyəyə sürətlənir. Rodsterin maksimal süəti 325 km/saatdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Huracan Evo Spyder beşinci nəsil Haldex muftasının əsasında yaradılmış və arxa oxda mexaniki qapanması olan tam çəkiş sistemi, yeddi pilləli LDF “robotu”, avtomobili hərəkət rejiminə uyğunlaşdıran Lamborghini Dunamica Veicolo Integrata (LDVI) dinamikaya nəzarət sistemi və xüsusi olaraq tənzimlənmiş Strada rejimi olan ANIMA hərəkət rejimlərinin selektoru daxildir.

Lamborghini Huracan Evo Spyder modelinin satışlarına yaz aylarında başlanacaqdır. Rodsterin qiyməti 202437 avrodan başlayır.