Lamborghini şirkəti yenilənmiş Huracan modelini təqdim edib. Kupe dəyişdirilmiş dizayna, dinamikaya nəzarət sisteminə və Performante modifikasiyasının mühərrikinə, həmçinin yeni multimedia sisteminə sahib olub.

Lamborghini Huracan Evo əvvəlki modeldən quraşdırılmış splitteri olan dəyişdirilmiş ön bamper, genişlədilmiş Y-şəkilli hava girişləri, başqa dizaynlı təkər diskləri, bir qədər yuxarıda yerləşdirilmiş səsboğucu sistemin çıxış boruları və çoxbölməli arxa spoyler ilə fərqlənir. Avtomobilin alt hissəsi yerabasma gücünün artırılması və aerodinamik effektivliyi artırmaq məqsədi ilə optimallaşdırılıbdır. Yenilənmiş modelin aerodinamik effektivliyi beş dəfə artıb.

Huracan Evo dönən arxa təkərlərə və dartma qüvvəsinin vektoruna nəzarət sisteminə sahib olub. Sonuncu fırlanma anını təkərlər arasında optimal şəkildə bölüşdürməyə imkan verir. Bundan başqa, kupe Dinamica Veicolo Integrata (LDVI) dinamikaya nəzarət sistemini əldə edib ki, bu sistem intellektual iş alqoritminə malikdir.

LDVI sistemi real vaxt rejimində köndələn, uzununa və şaquli sürətlənmə məlumatlarını, yanaəyilmənin sürətini, tanqajı və vurnuxmanı nəzərə alaraq, amortizatorların sərtliyini, tam çəkiş və ESP sistemlərinin işini avtomatik şəkildə tənzimləyir.  LDVI seçilmiş hərəkət rejimindən, sükan çarxının dönmə bucağından, seçilmiş pillədən və akselerator pedalına basmanın intensivliyindən asılı olaraq sürücünün niyyətini müəyyən edir. 

Lamborghini Huracan Evo 640 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edən titandan giriş klapanları olan  5,2-litrlik V10 mühərriki ilə hərəkətə gəlir.  Bundan başqa, kupe yüngülləşdırılmış buraxılış sistemini də əldə edib. Yerindən 100 km/saat həddinə kupe 2,9 saniyəyə, 200 km/saat həddinə isə 9,0 saniyəyə sürətlənir. Lamborghini Huracan Evo modelinin maksimal sürəti 325 km/saatdır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Avtomobilin salon tərtibatında dəri və alkantaradan istifadə edilir. Bir sıra elementləri firma Carbon Forged Composite və ya patentləşdirilmiş Carbon Skin materiallarından sifariş etmək də olar. Eyni zamanda, kupe təkmilləşdirilmiş multimedia sisteminə malik olub. Avtomobilin bütün sistemlərini mərkəzi konsolda quraşdırılmış 8,4-düymlük sensorlu displey vasitəsi ilə idarə etmək mümkündür. Multimedia sistemi Apple CarPlay və Android Auto tətbiqlərini, Siri səs yardımçısını və firma telemetriya sistemini dəstəkləyir.

Yenilənmiş avtomobilin Azərbaycandakı satışlarına gələn ilin yayında başlanacaqdır.