Lamborghini şirkəti Huracan Sterrato “yolsuzluq” superkarının seriya istehsalı üzərində düşünür. Xatırladaq ki, Lamborghini Huracan Sterrato konseptual superkarı bu ayın əvvəlində debüt edib.

İtalyan markasının baş texniki direktoru Maurisio Reciani məhdud büdcə ilə də Huracan Sterrato modelinin buraxılmasının və onun satışından gəlir əldə edilməsinin mümkün olduğunu bildirib. Buna yeni sintetik material şərait yaratmalıdır. İstehsalçı avtomobilin yolsuzluq dəstinin bütün elementlərini yeni materaildan istifadə etməklə 3D printerində çap etməyi nəzərdə tutur. Detalların çapı kifayət qədər ucuz başa gəlməlidir ki, bu da layihəni iqtisadi cəhətdən sərfəli edə bilər.

Lamborghini 2021-ci ildə Huracan Sterrato superkarını 500-1000 nüsxə arasında buraxmağı planlaşdırır. Hər bir avtomobilin qiyməti 240 min avro olacaqdır. Huracan Sterrato modelindən sonra, 2022-ci ildə superkarın hibrid variantı, 2023-cü ildə isə Superveloce ekstremal versiyası da işıq üzü görməlidir.