Lamborghini şirkəti tarixindəki ilk hibrid superkarını təqdim edib. Yeni model eyni zamanda italyan markasının model xəttində olan ən güclü seriya avtomobilidir. Yeni superkar Lamborghini Sian (boloniya dialektində «qığılcım», «ildırım» deməkdir) adını alıb. Yeni superkar 63 nüsxəlik tirajla buraxılacaqdır. Qeyd etmək lazımdır ki, artıq avtomobilin bütün nüsxələri satılıb.

Lamborghini Sian yumşaq hibriddir. Superkarın hibrid güc qurğusunun tərkibinə 775 at qüvvəli 6,5-litrlik V12 mühərriki və 34 at qüvvəli elektromotor daxildir. Aşağıvoltlu hibridlər arasında ilk dəfə olaraq elektrik mühərriki birbaşa təkərlər ilə bağlıdır. Bu superkara elektrik ötürməsinin köməyi ilə aşağı sürətdə və arxa ötürmə ilə hərəkət etməyə imkan verir. Elektrik mühərriki litium-ion batareyası ilə deyil, superkondensatorlardan qidalanır.

Kondensator sərnişin hissəsi ilə mühərrik bölümünün arasında yerləşdirilib. Elektromotor və adi akkumulyatordan üç dəfə güclü olan superkondensatorun ümumi çəkisi 34 kiloqram təşkil edir. Superkondensator enerjini rekuperasiya sisteminin köməkliyi ilə toplayır. Elektromotoru həmçinin sürətlənmədə də istifadə etmək olar. 130 km/saat həddindən sonra elektromotor avtomatik olaraq söndürülür. Belə sistemlə təchiz edilmiş superkar adi superkarda 10% sürətlidir, çünki e-motor ötürmələr edilməsi zamanı dartma boşluqlarını doldurur.

Lamborghini Sian modelinin güc qurğusunun ümumi hasilatı 819 at qüvvəsi təşkil edir. Yerindən 100 km/saat həddinə Sian 2,8 saniyəyə sürətlənir. Avtomobilin maksimal sürəti 350 km/saatdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Sian modelinin unikal xüsusiyyətlərindən biri kuzovun arxa hissəsindəki aktiv soyutma çəpərləridir. Onlar buraxılan qazlarının temperaturuna reaksiya verən «ağıllı materiaidan» hazırlanıb. İstilik yüksək olduqda çəpərlər daha çox açılır və istilik mühərrikdən uzaqlaşdırılır.

Lamborghini Sian modelinin fərdiləşdirilməsi ilə Lamborghini Centro Stile dizayn mərkəzi və Lamborghini Ad Personam bölümünün dizaynerləri məşğul olacaqdırlar. Frankfurt avtosalonu üçün hazırlanmış superkar Verde Gea yaşıl rənginə boyanıb və qızılı Oro Electrum aksentlərinə malikdir. Avtomobilin salonu Poltrona Frau dərisi ilə üzlənib və 3D printerində çap edilmiş elementlərlə bəzədilib.