Lamborghini şirkəti Urus krossoveri üçün hazırladığı ofroud dəsti barədə söhbət açıb. Dəstin tərkibinə eksteryerin xüsusi tərtibat elementləri və əlavə avadanlıq daxildir.

Off-Road Package dəstinə sahib olan Lamborghini Urus modeli polad gücləndiriciləri olan bamperlərə, səsboğucu sistemin cilalanmış çıxış borularına, asqı və transmissiyanın elementlərinin müdafiəsi üçün paslanmayan poladdan lövhələrə malikdir. 

Bundan başqa, krossover reylinqlərə, panoram tavana, 248 millimetrlik klirensi təmin edən pnevmatik asqıya, həmçinin ANIMA hərəkət sisteminin iki yeni rejiminə - qumluq üçün Sabbia və torpaq yollar üçün  Terra rejimlərinə sahib olub. Asqının ən yüksək səviyyəsində Urus modelinin giriş və çıxış bucaqları, müfaviq olaraq, 27,9 və 28,3 dərəcə (standart – 20,3 və 26,8) təşkil edir.

Lamborghini Urus 650 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edən 4,0-litrlik iki turbokompressorlu V8 mühərriki və səkkiz diapazonlu ZF avtomatik ötürmələr qutusu ilə təklif edilir. Bu tandem 100 kilometrə qarışıq rejimdə 12,7 litr yanacaq sərf edir. Yeni krossover Volkswagen qrupunun MLB Evo modul platformasında inşa edilib. Bu platformadan Audi Q7,  Porsche Cayenne və Bentley Bentayga modellərinin istehsalı zamanı istifadə edilir.