Frankfurt avtosalonun başlanmasına sayılı günlərin qalmasına baxmayaraq, Land Rover şirkəti yeni nəsil Defender modelinin növbəti videotizerini dərc edib. Beş saniyəlik videoçarxda qısabazalı Land Rover Defender təsvir edilir.

Videoçarxda çəkilmiş avtomobilin iri planda görüntülənməsə də, arxa qapının üzərindəki ehtiyat təkəri ilə təchiz edildiyi dəqiq görünür. Qeyd etmək lazımdır ki, Land Rover Defender 90 modelinin kamuflyajlı prototiplərində arxa qapının üzərində ehtiyat təkəri olmayıb. 

Eyni zamanda, dünən internet şəbəkəsində jurnalların birində yeni Land Rover Defender modeli haqqında yazılmış məqalənin skrinşotları dərc edilib Mıəqalədə avtomobilin eksteryer və interyer şəkilləri də vardır.

Image alt Image alt Image alt Image alt