Land Rover şirkəti də 1 aprel tarixində zarafatlaşmaq qərarına gəlib və Böyük Britaniyanın ən çətinliklə gedilə bilən məkanında qoşulan hibridlər üçün terminal quraşdırıb. Terminal Şotlandiyanın Skay adasında ən yaxın yoldan 24 kilometr uzaqlıqda quraşdırılıb.

Bu terminalın köməkliyi ilə Range Rover və Range Rover Sport P400e modellərinin batareyalarını 2 saat 45 dəqiqəyə doldurmaq olar. Britaniyalılar bu terminalın qoşulan hybrid sahiblərinə Skay adasının mənzərəli təbiətindən həzz almaq imkanı verəcəyini bildiriblər.

Bu terminal çatmaq üçün kəskin yoxuşları və bataqlıqları qət etmək gərəkdir. Üstəlik, bunu təbiətə ziyan vermədən etmək olar – hibridlər elektrik ötürməsi ilə 50 kilometr qət etmək iqtidarındadırlar. Xatırladaq ki, Range Rover P400e Ingenium ailəsindən olan 2,0-litrlik benzin turbomühərriki, 116 at qüvvəli elektromotor və 13,1 kilovat-saatlıq batareya ilə təchiz edilir.

Hibrid qurğunun ümumi hasilatı 404 at qüvvəsi və 640 Nm təşkil edir. Range Rover P400e yerindən 100 km/saat həddinə 6,7 saniyəyə sürətlənir və 220 km/saatlıq maksimal sürət həddinə malikdir.