Lexus şirkəti Lyuk Bessonun EuropaCorp kinostudiyası ilə birlikdə kosmik gəmi hazırlamışdırlar. Söhbət “Valerian və min planetin şəhəri” adlı kinosaqadakı Skyjet adlı konseptdən gedir. Film 2017-ci ildə kirayəyə çıxmalıdır.

Müəlliflərin fikrincə, Skyjet avtomobilin 700 ildən sonra necə olacağı barədə təsəvvür yaradır. Skyjet konseptinin yaradılmasında, Lexus şirkətinin hazırki dizayn üslubunu yaratmış baş mühəndisi Takeaki Kato və yapon istehsalçısının dizaynerləri iştirak etmişdilər. Konsept LC kupesinin üslubunda hazırlanmış işıq texnikası və bu markanın avtomobillərinə xas olan radiator barmaqlığını əldə etmişdir.

Çəkilişlər üçün bir neçə gəmi hazırlanmışdır ki, onlardan birini də hazırlanan filmin ilk treylerində görmək olar.

“Valerian və Lorelin” qrafik novellalarının seriyaları əsasında yaradılmış “Valerian və min planein şəhəri” filmi Lük Bessonun ən iddialı layihələrindən biri sayılır. Filmin əsas süjeti dövlət agentlərinin bəşəriyyətin təhlükəsizliyini təmin etmək uğrunda apardıqları mübarizəyə həsr edilmişdir

Filmdə baş rollarda Kara Delevin və Deyn DeHaan oynayırlar. Bundan başqa filmdə Klayv Ouen, İtan Houk, Rianna və Kris U da isştirak edirlər..