Lexus şirkəti bu il üç “bərkgedən” modeli təqdim etməyi planlaşdırır: IS F, LS F və LC F. Bu modellərdən ikisi tamamilə yeni V8 biturbomühərriki ilə təchiz ediləcəkdir.

Best Car Web nəşrinin Lexus şirkətindəki mənbələrinə istinadən verdiyi məlumata görə, şirkət bu ilin noyabr ayında üç “bərkgedən” modeli nümayiş etdirəcəkdir. Bu modellərin eyni anda və yaxud müxtəlif zamanlarda debüt ediləcəyi məlum deyil. İnsayderlər, Lexus şirkətinin payızda IS F idman sedanını təqdim edəcəyini bildirilblər. Ən maraqlısı isə, peyda olmuş söz-söhbətlərin əksinə olaraq, “bərkgedən” sedanın altısilindrli mühərriki ilə deyil, digər modellərdən yaxşı tanış olan 5,0-litrlik V8 mühərriki ilə təchiz ediləcəkdir. Digər iki yeni model - LS F sedanı və LC F kupesi isə, tamamilə yeni mühərriki alacaqdırlar.

Söhbət, 660 at qüvvəsi və 650 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərrikindən gedir. Yeni modellərin xüsusiyyətləri hələlik gizli saxlanılır. Bununla birlikdə, “bərkgedən” sedan və kupe Lexus şirkətinin bu il nümayiş etdirəcəyi yeganə yeni modellər olmayacaqlar. Yapon markası, Lexus LX modelini əvəvzləyəcək üç oturacaq cərgəsi olan flaqman ofrouderini hazırlayır. Bundan başqa, yeni ramalı ofrouderin də hazırlanıdğı bildirilir. Eyni zamanda, çoxdan gözlənilən sensorlu ekranı olan yeni multimedia sistemi də yaxın gələcəkdə debüt etməlidir.