Lexus şirkəti yeni dəbdəbəli LM minivenini təqdim edib. Modelin "tam yeni versiyasının" təqdimatı Şanxay avtosalonunda baş tutub. Bundan sonra, LM qlobal avtomobil statusunun daşıyıcısıdır - o, təkcə Çində deyil, həm də Avropada bazarında debüt edib. Miniven Köhnə Dünyada bu il satışa çıxacaq və 250 at qüvvəli hibrid güc qurğusu və tam ötürmə ilə təchiz ediləcəkdir.

Yapon istehsalçısı LM minivenini sadəcə “yeni” adlandırır, lakin söhbətin ikinci nəsildən və ya nisbətən yeni modelin restqylinqindən getdiyini dəqiqləşdirmir. İstənilən halda, dəyişikliklər genişmiqyaslı xarakter daşıyır: orta və yan dayaqların, ön və arxa işıq texnikasının dizaynı da daxil olmaqla eksteryerə yenidən baxılıb. Radiator barmaqlığılı son dəbə uyğun olaraq çərçivəsizdir və altıbucaqlı naxışlara malikdir. Bütöv arxa fənər də, arxa tərəfdəki spoyler kimi formasını dəyişdirib.

Yeni LM əvvəlki modeldən fərqli olaraq, GA-K platformasına əsaslanır və o, sələfindən daha möhkəmdir: yeni tirlərin quraşdırılması sayəsində kuzovun burulmağa qarşı sərtliyi 50% artıb, dayaqlar isə gücləndiriliblər. Təkmilləşdirmələr adaptiv asqıya və əyləc sisteminə də təsir göstərib - Lexus şirkətindən mühəndislərin yaxşı dinamika və rəvan rahat gediş arasında balansı tapdıqları bildirilib. Bununla belə, dinamik xüsusiyyətlər açıqlanmayıb.

Avropa üçün nəzərdə tutulmuş və 2,5-litrlik mühərrikə əsaslanan plagin hibrid versiyasına əlavə olaraq, yeni Lexus LM miniveni 2,4-litrlik benzin mühərrikinin əsasında yaradılmış adi hibrid güc aqreqatı ilə də təklif ediləcəkdir. Belə versiya Çində satılacaqdır.

Salona xüsusi diqqət yetirilib. Avropada Lexus LM iki versiyada - dörd və yeddi oturacaqla təklif olunacaqdır. Birinci halda, arxa cərgədə yüksək komfortlu iki fərdi oturacaq, sürücü ilə sərnişinlər arasındakı arakəsmədə isə 48 düymlük (əvvəllər 26 düym) genişformatlı HD displey quraşdırılıb. Belə VIP versiyanın təchizatına mini-soyuducu, oturacaqlar arasında yerləşən ayrıca idarəetmə konsolu, masaj funksiyası, irəli çıxan ayaq dayaqları və iki simsiz şarj cihazı daxildir.

Yeddi yerlik LM daha sadə tərtibata malikdir: arxa sərnişinlər üçün məlumat-əyləncə sisteminin ayrıca 14 düymlük ekranı var. Bu ekran mərkəzi displeydən asılı olamayaq  idarə oluna bilər. Adı çəkilən avadanlıqlar arasında dairəvi görünütü kameraları, adaptiv kruiz-kontrol və zolaq saxlama sistemi var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni Lexus LM miniveninin satış coğrafiyası 60 ölkəni əhatə edəcək - Avropa və Çin bazarlarından əlavə, miniven Yaponiyada da satılacaqdır. Çindəki satışlara yayda, Avropa və Böyük Britaniyada isə payızda başlana bilər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.