Keçən il Lincoln Navigator modeli opsional Monochromatic eksteryer tərtibat dəsti ilə təchiz edilmişdi. Dəst krossoverin xromıa örtülmüş elementlərinin kuzov rənginə boyamasını nəzərdə tutur. Çox güman ki, eksperimet uğurla nəticələnib və bundan sonra bənzər tərtibat markanın bütün krossoverləri üçün əlçatan olub.

2021-ci model ilinin yığcam Corsair, orta ölçülü Nautilus və iri Aviator krossoverlərini Monochromatic dəsti ilə sifariş edilə bilər, ancaq rəng palitrası avtomobildən asılı olacaqdır. Belə ki, "monoxrom" Navigator ağ mirvari çaları da daxil olmaqla üç rəngdən ibarət olan çeşidi təklif edir. Corsair və Aviator modelləri üçün də oxşar dəsti ilə əlçatandır, halbuki onlar ağ mirvari çaları əvəzinə boz metallik rəngi ilə təklif olunurldr. Lincoln Nautilus Monochromic modelləri isə alternativsiz qara rəngə boyanırlar.

Xüsusi tərtibatı vurğulamaq üçün diametri 20 ilə 22 düym arasında olan qara rəngli təkər diskləri (modeldən asılı olaraq) quraşdırılır, ancaq modellərin interyerində dəyişikliklər baş verməyib. Monoxromatic dəsti ilə təchiz edilmiş avtomobillər texniki cəhətdən dəyişikliklərə məruz qalmayıblar.