Gələcəkdə Mercedes-AMG bölməsinin model xətti qoşulan hibridlər sayəsində tamamilə elektrikləşəcəkdir. 2020-ci ildən başlayaraq, Mercedes-Benz şirkəti EQ Power+ bloku ilə təchiz edilmiş “bərkgedən” modelləri təklif edəcəkdir. Bu blok mühərriklərin gücünü artırmaqla yanaşı, elektrik ötürməsi ilə 50 kilometr məsafə qət etməyə imkan verəcəkdir.

Sportkar haqqında başqa məlumat verilməyib. Lister Knobbly modeli keçən əsrin 50-ci illərində buraxılıb. 2017-ci ildə şirkət sportkarların istehsalını bərpa edəcəyini  və onun ümumi yollarda istismarına icazə verilmiş 10 nüsxəsini buraxacağını bildirmişdi. Orijinal Knobbly kimi yeni spidsterlər də boru ramada inşa edilməlidir. Onun kuzov panelləri isə, XX əsrin texnoilogiyalarından istifadə etməklə  alüminiumdan hazırlanmalıdır. Yeni Knobbly 354 at qüvvəsi hasil edən 4,2-litrlik və 334 at qüvvəsinə malik olan 3,8-litrlik altısilindrli Jaguar mühərriklər ilə təchiz ediləcəkdir.