Geely və Volvo şirkətləri tərəfindən yaradılmış Lynk & Co markası 09 indeksi olan flaqman modelini təqdim edib. Volvo XC90 krossoveri ilə eyni platformasında inşa edilmiş 09 modeli Çin markasının model xıttindəki ən böyük və ən bahalı avtomobildir.

Yeni bir necə təchizat səviyyəsində əlçatandır, krossoverin top versiyası isə 21-düymlük təkər diskləri və pnevmoasqı ilə təchiz edilir. Seçim üçün üç modifikasiya var: startyor-generatoru olan benzin mühərriki ilə təchiz edilmiş versiya, habelə adi və məişət elektrik şəbəkəsinə qoşulan hibridlər.

09 krossoveri SPA (Scalable Product Architecture) arxitekturası üzərində inşa edilən ilk Lynk&Co modelidir. Xatırladaq ki, bu platformada 60 və 90 seriyasından olan Volvo modelləri və Polestar 1 hibridi istehsal olunur.

Lynk & Co 09 modelinin əlçatan versiyaları ön yaylı asqıya və eninə ressoru olan arxa asqı ilə təchiz edilirlər. Daha bahalı versiyalarda pnevmatik asqı quraşdırılır.

Krossoverin baza aqreqatı 252 at qüvvəsi hasil edən və 48 voltluq startyor-generator ilə tamamlanan 2,0-litrlik benzin turbomühərrikidir. Güc aqreqatı 8-pilləli “avtomat” və arxa oxda muftası olan tam ötürməs sistemi ilə birlikdə çalışır.

Alternativ olaraq, hibrid modifikasiyalar təklif edilir: belə modifikasiyalar 2,0-litrlik turbomühərrik və arxa oxda quraşdırılan elektrik mühərrikinə malikdirlər. Birinci halda, krossoverin məişət şəbəkəsindən doldurulma funksiyası yoxdur,  ikinci halda isə var. Hələlik Lynk & Co yalnız təkrar doldurulan hibridin gücünü açıqlayıb - 431 at qüvvəsi.

Ölçülər baxımından Lynk & Co 09 krossoveri Volvo XC90 modelini üstələyir: Çin krossoverinin uzunluğu 5042 millimetr, eni – 1977 millimetr, hündürlüyü isə 1780 millimetr təşkil edir. Beləliklə, 09 modeli XC90 modelindən 92 millimetr uzun, 54 millimetr enli, 4 millimetr hündürdür.

Avadanlıq baxımından da Lynk & Co 09 krossoveri premium XC90 modelindən heç də geri qalmır. Çin krossoveri yeddi ekrana malikdir: bunlar 12,3-düymlük virtual cihazlar paneli, multimedia sisteminin 12-düymlük ekranı, klimat-kontrolun altı düymlük sesnsorlu bloku, klimat-kontrolun iki diyircəkli düyməsinə quraşdırılmış 1,4-düymlük ekranlar və 12,8 düymlük proyeksiya ekranı, habelə üçzonalı klimat-kontrolu idarə etmək üçün ikinci cərgədə quraşdırılmış bir cüt ekran.

Image alt Image alt Image alt Image alt Image alt

Bundan başqa, krossoverin təchizatına ön oturacaqların havalandırması, qızdırılan sükan, 14 dinamiki olan Bose səs sistemi, zolaq saxlama və yol nişanı tanıma funksiyaları olan adaptiv kruiz-kontrol daxildir. Gələcəkdə tıxaclarda nəzarəti öz üzərinə götürəcək üçüncü səviyyəli avtopilotun quraşdırılması gözlənilir.

Çindəli dilerlər ilk Lynk & Co 09 modellərini 2021-ci ilin dördüncü rübündə (oktyabr-dekabr) alacaqdırlar. Modeli qiymətləri hələlik açıqlanmayıb. Bununla birlikdə, krossoverin Lynk & Co model xəttindəki ən bahalı avtomobil olacağı artıq məlumdur.