Maserati şirkəti, 1986-cı ildə italyan markasının 60 illik yubileyi şərəfinə buraxılmış Quattroporte Royale modelinə həsr edilmiş xüsusi seriyanı hazırlayıb. Eksklyuziv “kral” tərtibatı hazırkı Quattroporte, Levante və Ghibli modelləri üçün əlçatandır. Royale seriyasının tirajı 100 nüsxə ilə məhdudlaşdırılıb.

Royale seriyasından olan hər bir avtomobil yalnız mavi Blu Royale və ya yaşıl Verde Royale rənginə boyana bilər. Bundan əlavə, Maserati Levante Royale modeli 21-düymlük eksklüziv Anteo Staggered Anthracite təkər disklərləri, Quattroporte və Ghibli modelləri isə gümüş əyləc supportları və Titan Anthracite təkər diskləri ilə təchiz edilə bilərlər.

Maserati Royale - üçüncü nəsil Quattroporte modelinin ən bahalı və lyuks versiyası olub. Sedan elektriklə tənzimlənən dörd fərdi oturacağa, minibara və 300 at gücü hasil edən 4.9-litrlik V8 mühərriki ilə təchiz edilirdi. Daxili tərtibat üçün nazik dəridən və əsl ağacdan istifadə olunurdu.

Sedanın salon tərtibatı isə GranLusso modifikasiyasına əsaslanır. İnteryerin tərtibatında zahiri cəhətdən adi parçaya bənzəyən qəhvəyi Zegna Pelletessuta və ya Pieno Fiore dərisindən istifadə edilir. Son halda, salon iki rəngli - qəhvəyi və qara rəngdə olacaqdır. Parlaq lak ilə örtülmüş dekorativ elementlər modeldən asılı olaraq fərqlənir: Levante üçün "metal tor", Ghibli üçün "qara ağac" və Quattroporte üçün isə "royal lakı" təklif edilir.

Image alt Image alt Image alt Image alt Image alt

Royale seriyasından olan avtomobillər üçün genişləndirilmiş standart avadanlıq siyahısı təklif edilir. Xüsusi seriyadan olan avtomobillərin təchizatına adaptiv kruiz-kontrol və zolaq nəzarət funksiyası da daxil olan yardımçı sistemlər, həmçinin oturacaqların və  su vuranların qızdırılması daxildir. Bundan başqa, avadanlıq siyahısına Bowers & Wilkins səs sistemi, lyuk və tündləşdirilmiş şüşələr daxildir.

Royale seriyasından olan ilk avtomobillər sifarişçilərə 2020-ci ilin mart ayında çatdırlacaqdırlar.