Tesla Motors şirkətinin başçısı İlonMask elektrik pikapının təqdimat tarixini dəqiqləşdirib. Twitter social şəbəkəsinin istifadəçisinin sualına cavab verən Mask, avtomobili gələn il nümayiş etdirməyi çox istəriyini yazıb.

Bir müddət bundan öncə, Elon Mask Model Y krossoverindən sonra elektrik pikapını buraxacağını bilridmişdir. Sosial şəbəkənin istifadəçilərindən biri elektrik pikapına ehtiyac olduğunu bildirib. Mask tvitə cavab olaraq şirkətin diqqətini Model Y krossoverində cəmlədiyini və krossoverdən sonra pikapa da növbə çatacağını bildirmişdir.

Tesla markasından olacaq pikapın rəqibi isə artıq Los Anceles salonunda təqdim edilib. Bu. Rivian startapının hazırladığı R1T modelidir. Pikap ümumi hasilatı 760 at qüvvəsi və 1120 Nm fırlanma anı olan güc qurğusu ilə hərəkətə gəlir. 100 km/saat həddinə pikap üç saniyəyə, 160 km/saat həddinə isə yeddi saniyəyə sürətlənir. Seçilmiş batareyadan asılı olaraq pikapın yürüş məsafəsi 400-640 kilometr arasındadır. Bu bölüm 800 litr həcmə malikdir. Bundan başqa, pikap 3500 kiloqramlıq qoşqunu yedəyə ala bilər.