Məlum olduğu kimi, Mazda şirkəti Tokyo avtosalonunda yeni elektrik konseptini nümayiş etdirəcəkdir. Yapon şirkəti avtomobilin bəzi elementləri nümayiş etdirilən 15-saniyəlik videoçarxı yayıb.

Kadrların birində yaxınlığında iki şayba olan ötürmələr qutusunun dəstəyi təsvir edilib. Çox güman ki, şaybalardan biri multimedia sistemini, digəri isə səsi idarə etmək üçün nəzərdə tutulub.

Bundan başqa, Mazda şirkəti konseptin tərtibatında istifadə edilən materialları da nümayiş etdirib. Yapon markasının nümayəndələri tərtibatda yalnız ekoloji təmiz materiallardan istifadə olduğunu bildriblər.

Yeri gəlmişkən, avtomobil DYM-nin səsini imitasiya edən sistemə də malik olacaqdır. Səs audiosistem vasitəsi ilə salona ötürüləcəkdir.