İspaniyanın Hurtan kuzov atelyesi özünün 30 illik yubileyinə xüsusi hədiyyə hazırlayıb. Söhbət Mazda MX-5 rodsterinin şassisində inşa edilmiş, lakin donorundan dekoru və daxili tərtibatı ilə fərqlənəcək Grand Albaycin idman avtomobilindən gedir.

Sportkarın tirajı altı nüsxə ilə məhdudlaşdırılıb. Avtomobillərin alıcılarına eksteryerin və interyerin rəngini seçmək təklif olunacaq, lakin texniki baxımından ispan rodsterləri donordan heç nə fərqlənməyəcəklər. Əvvəllər olduğu kimi, Grand Albaycin altı pilləli mexaniki və ya avtomatik transmissiya ilə tandemdə çalışan 1,5 və 2,0 litr iş həcmi olan atmosfer mühərrikləri ilə çatdırılacaqlar.

Mazda MX-5 (ND) modelinə əsaslanan Hurtan Grand Albaycin rodsteri keçən ildən satışdadır. Hurtan rodsteri donorundan keçən əsrin ortalarında buraxılmış Britaniya sportkarlarının üslubunda dizaynı ilə fərqlənir, lakin texniki cəhətdən Grand Albaycin rodsteri fərqli heç nə təklif etmir.

Kapotun altında 132 at qüvvəsi və 152 Nm fırlanma anı hasil edən 1,5-litrlik, yaxud 184 at qüvvəsi və 205 Nm fırlanma anına malik olan 2,0-litrlik atmosfer mühərrikləri yerləşir. Transmissiyaya gəldikdə isə, sifarişlilər altı pilləli mexaniki və ya avtomatik ötürmələr qutusu arasında seçim edə bilərlər.

Şəkillərdəki avtomobil Albaycin rodsterinin Hurtan kuzov atelyesinin 30 illik yubileyinə həsr olunmuş xüsusi versiyasıdır. Onun tirajı cəmi altı nüsxədən ibarət olacaqdır. Alıcılar üç eksteryer rəngindən (Lead Grey, Cherry Red və Midnight Blue) və interyerin iki tərtibat variantından birini seçə bilərlər.

İnteryerdə hər şey dəri ilə üzlənib, qapılarda təbii ağacdan hazırlanmış dekorativ panellər quraşdırılıb. Məhdud tirajla buraxılacaq rodsterin qiyməti hələlik açıqlanmayıb, lakin adi Grand Albaycin modelinin qiyməti 59.000 avrodan başlayır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

İdman avtomobili Qranadadakı Albaysín rayonunun şərəfinə adlandırılıb. Bu məhəllənin memarlığı və planlaşdırması İspaniyasının orta əsrlərdaki müsəlman dövrünə (711-1492) aiddir, buna görə də Albaysin keçmiş dövrlərin simvoluna çevrilmiş dar küçələri ilə seçilir. Məhəllə hətta "Mavrların xalq memarlığının zəngin saxlanc yeri" kimi YUNESKO-nun Ümumdünya İrsi siyahısına alınmışdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.