McLaren şirkətinin Koloradodakı dileri MSO bölməsinə 600LT Spider modelinin altı xüsusi nüsxəsini sifariş edib. Avtomobillər Pikes Peak Collection seriyasına daxil olublar. Bu dseriya eyni adlı dağa sürətli dırmanma yarışlarına həsr edilib. Avtomobillər MSO Bespoke və MSO Heritage çeşidindən olan rənglərə boyanıblar.

Altı McLaren 600LT Spider rodsterləri müxtəlif rəngə boyansalar da, onları birləşdirənümumi cəhət kuzova həkk edilmiş qızılı və qara rəngli zolaqlar, həmçinin qızılı rəngli təkər diskləridir. Avtomobillərin salonu qızılı tikişlər, oturacaq başlıqlarındakı «Pikes Peak» loqotipləri və üzərində «Pikes Peak Collection 1 of 6» həkk edilmiş xatirə lövhəciyi ilə bəzədilib.

Kolleksiya avtomobillərinin təchizatına MSO Club Sport Pack dəsti də daxildir. Bu dəstin tərkibinə ön qanaqlardakı karbondan hazırlanmış «qəlsəmələr», disklərin titandan boltları və karbondan karkasları olan oturacaqlar daxildir. Belə oturacaqlar McLaren Senna modelində quraşdırılır.

McLaren 600LT Spider Longtail seriyasından olan beşinci avtomobil olacaqdır.McLaren markasının ilk Longtail modeli 1997-ci ildə təqdim edilmiş F1 GTR LT superkarı olub. 2015-ci ildə “uzunquyruqlu” xətti yenidən bərpa olunaraq, McLaren 675 LT Coupe modeli təqdim edilib. Üçüncü LT modeli 500 nüsxəlik tirajla buraxılan 675 LT Spider superkarı olub. Dördüncü LT modeli isə, keçən il Qudvudda təqdim edilən 600 LT Coupe superkarıdır. 

McLaren 600LT Spider kupe kuzovlu modifkasiyadan 50 kiloqram ağır, 570S Spider modelindən isə 100 kiloqram yüngül alınıb. Superkarın çəkisi 1297 kiloqramdır. Belə nəticəni əldə etmək üçün, 18,2 min funt-sterlinq qiyməti olan MSO Clubsport opsional dəstini sifariş etmək gərəkdir. Dəstin tərkibinə disklərin titandan boltları, kresloların karbonplastikdən hazırlanmış karkası da daxil olmaqla, karbondan hazırlanmış elementlər daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

McLaren 600LT Spider 40 km/saat həddinə qədər sürətdə açılıb-bağlanan üç bölməli sərt tavana malikdir. Tavan bağlı olan zaman, mühərrikin səsinin yaxşı eşitmək məqsədi ilə külək ekranını elektrik ötürməsinin köməyi ilə yığışdırmaq olar. 

«Şaquli» buraxılış sisteminə malik olan 600LT Spider 600 at qüvvəsi və 620 Nm fırlanma anı hasil edən 3,8-litrlik səkkiz silindrli tvin-turbo mühərriklə təchiz edilir. Güc aqreqatı yeddi pilləli iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə birlikdə çalışır. McLaren 600LT Spider 100 km/saat həddinə 2,9 saniyəyə, 200 km/saat həddinə isə 8,4 saniyəyə sürətlənir. Bu, McLaren 600LT kupesində olduğundan 0,2 saniyə yavaşdır. Spayderin maksimal sürət həddi bağlı tavanla 324 km/saat, qatlanmış ilə 315 km/saat təşkil edir.