Mercedes-AMG bölməsi «bərkgedən» A45 hetçbeki və CLA45 sedanının ardınca CLA45 Shooting Brake universalını da təqdim edib.

Mercedes-AMG CLA45 Shooting Brake 4Matic+ modeli hetçbek və sedan kimi  2,0-litrlik dörd silindrli turbomühərrik ilə təchiz edilib. Adi halda mühərrik 387 at qüvvəsi və 480 Nm, S variantında isə 421 at qüvvəsi və 500 Nm hasil edir. Güc aqreqatı səkkiz pilləli AMG Speedshift «robotu» və 4Matic+ tam ötürmə sistemi ilə tandemdə çalışır.

Mercedes-AMG CLA45 Shooting Brake modeli 100 km/saat həddini 4,1 saniyəyə, CLA45 S Shooting Brake isə, 4,0 saniyəyə toplayır. Hər iki modifikasiyanın maksimal sürət həddi elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılıb. Əlavə ödənişlə bu həddi 270 km/saata çəkmək olar.

CLA45 Shooting Brake üçün drift rejimi də nəzərdə tutulmuşdur. Bu rejimi aktivləşdirmək üçün dinamik stabilizasiya sistemini söndürmək və örürmələrin həyata keçirilməsini öz üzərinizə götürmək gərəkdir. Bu halda mühərrikin dartma qüvvəsi yalnız arxa oxa ötürülür.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mercedes-AMG CLA45 Shooting Brake modeli standart olaraq dəyişən ötürmə əmsalı olan xüsusi sükan mexanizmi və amplitudalı amortizatorlar ilə təchiz edilirlər. Opsional olaraq, elektronika idarələnən amortizatorları olan AMG Ride Control adaptiv asqısını da sifariş etmək olar. Universalın sadə variantı 18-düymlük təkər diskləri və gümüşü rəngli supportlar, S-variant isə, 19-düymlük disklər və qırmızı supportlar ilə təchiz edilir. 

Shooting Brake versiyasının satışlarına A45 hetçbeki və CLA45 sedanı ilə eyni zamanda başlanacaqdır. İlkin məlumata görə «bərkgedən» universalın  qiyməti 65 min avrodan başlanacaqdır.