1971-ci ildə, AMG mütəxəssisləri tərəfindən hazırlanmış parlaq qırmızı rəngli Mercedes-Benz 300 SEL modeli “Spanın 24 saatı” marafonunun ümumi sıralamasında ikinci yeri tutmuşdu. Bu nailiyyət, gənc şirkətin ilk böyük uğuru idi və onu dünya avtomobil idmanının avanqardına çıxarmışdı.

İndi, düz 50 il sonra, Mercedes-AMG bölməsi üç avtomobildən ibarət olan 50 Years Legend of Spa xüsusi seryasını hazırlayıb. Bu seriyaya 2010-cu ildən bəri GT3 kateqoriyasında çıxış edən yarış kupesinin üç nəsli daxildir. Seriyaya daxil olan hər bir avtomobilin qiyməti 500 - 650 min avro arasındadır.

50 Years Legend of Spa seriyasının zirvəsində Mercedes-Benz SLS AMG GT3 modeli qərarlaşıb. Digər iki model isə, 2016 və 2020-ci illərin AMG GT yarış avtomobilləridir. Hər bir avtomobil yeganə nüsxədə buraxılıb və 300 SEL 6.8 AMG (Rote Sau və ya "Qırmızı Donuz") modelinin üslubunda livreyaya malikdir.

Avtomobillər 6,3-litrlik V8 atmosfer mühərriki ilə təchiz ediliblər. Məhdudlaşdırıcıdan məhrum olan aqreqat 650 at qüvvəsi və 635 Nm fırlanma anı hasil edir. Səsboğucusu olmayan buraxılış sistemi mühərrikin səsindən həzz almağa imkan verir.

Bununla belə, hər bir avtomobilin özünəməxsus unikallığa malikdir. Məsələn, yeni SLS AMG GT3 modelini (istehsalı 2015-ci ildə dayandırılıb) istehsal etmək üçün, Mercedes-AMG bölməsinin anbarda qalan yeganə kuzovdan istifadə olunub.

2016-cı ilin Mercedes-AMG GT3 50 Years Legend of Spa modeli "100" nömrəli alüminium şassini, 2020-ci ilin kupesi isə, uzun məsafəli yarışlarda istifadə edilən avtomobillərin təchiz olunduğu bütün yarış texnologiyaları ilə birlikdə yeni buraxılış traktını da alıb.

Mercedes-AMG GT3 modelinin son iterasiyası altı pilləli sekvental transmissiya, tənzimlənən ABS, sıxılma və qaytarmanı ayrılıqda tənzimləməyə imkan verən amortizatorlar, həmçinin sərtliyi müəyyən trek üçün dəyişdirilə bilən köndələn dayanıqlılıq stabilizatorları ilə təchiz edilir. Avtomobilin çəkisi 1285 kiloqramdır.

Eyni zamanda, istisnasız olaraq, bütün idman avtomobilləri "qrafit metallik" rənginə boyanmış təhlükəsizlik karkasına, rənglənməmiş karbondan hazırlanmış ön panelə, xüsusi seriyanın xatirə lövhələri və emblemlərə, qırmızı təhlükəsizlik kəmərlərinə və sliklərə sahib olublar. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Üçlüyə daxil olan ən əlçatan avtomobil 500 min avroya satılan 2016-cı ilin AMG GT3 modelidir. Ən bahalı SLS AMG GT3 modeli üçün 650 min avro ödəmək gərəkdir. 2020-ci ilin AMG GT3 kupesi isə 575 min avroya başa gələcəkdir. Mercedes-Benz 300 SEL 6.8 AMG sedanının müşayət etdiyi üçlüyün kütləvi debütü, bu il keçiriləcək “Spanın 24 saatı” marafonu çərçivəsində baş tutacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.