Apardığı «sığır testləri» ilə tanınmış KM77 nəşri yeni nəsil Mercedes-Benz CLA dördqapılı kupe və unversalının sınaqlarını həyata keçirib. Təəssüflər olsun ki, alman modelinin göstərdiyi nəticələr heç də ideal deyillər.

Xatırladaq ki, bu sınağın əsas mahiyyəti qəflətən qarşıya çıxan maneədən qaçmaq üçün edilən ani yerdəyişmə zamanı avtomobilin dayanıqlılığının yoxlanılmasıdır. Buna başqa adla “Sığır testi” də deyirlər. «Uğursuzluq» dedikdə, avtomobilin manevr edərkən sürüşməsi və ya xarici təkərlərə qalxması nəzərdə tutulur. Yaxşı nəticə dedikdə isə, avtomobilin bu sınağı ən azı 70 km/saat sürəti ilə keçməsi gərəkdir.

Nəşrin mütəxəssisləri qeyd etdiyi kimi, sınaqdan üçün çoxsaylı cəhdlər və üç fərqli sürücü tələb olunub. 1,3-litrlik benzin mühərriki ilə təchiz edilmiş Mercedes-Benz CLA modelinin heç bir konusa toxunmadan göstərdiyi maksimal sürət həddi cəmi 66 km/saat olub.

Sürücülər yanaəyilmələrin, ön şinlərin ilişməsinin və dönmə çatışmamazlığının kifayət qədər olmadığını qeyd ediblər. 2,0-litrlik dizel mühərriki, 19-düymlük təkər diskləri və 225/40 ölçülü Bridgestone Turanza T005 şinləri ilə təchiz edilmiş Mercedes-Benz CLA Shooting Brake modeli tapşırıqları daha yaxşı yerinə yetirib.

Yeni model slalomda yoxlanılıb və Mercedes-Benz CLA modelinin davranışı mütəxəssislər tərəfindən daha çox bəyənilib: onlar kupeni çevik və həssas adlandıraraq, dəqiq sükan idarəetməsinin və orta sürətlərdə müdaxilə etməyən elektron sistemlərinin olduğunu qeyd ediblər.