Bu Mercedes-Benz şirkəti iki əlamətdar yubileyi qeyd etməyə hazırlaşır. Bunlardan birincisi G-Class modelinin 40 illik, ikincisi isə, “bərkgedən” Mercedes-AMG G55 modelinin 20 illik yubileyləridir. Bu münasibətlə alman istehsalçısı ofrouderin Stronger Than Time Edition xüsusi versiyasını hazırlayıb.

Xüsusi seriyadan olan ofrouderlər G400d, G500 və G63 AMG modifikasiyalarında təklif edilirlər. Qeyd etmək lazımdır ki, yeni nəsil Mercedes-Benz modeli ilk dəfədir ki, G400d modifikasiyasında təklif olunur. G400d modeli 330 at qüvvəsi hasil edən 3,0-litrlik dizel aqreqatı ilə təklif edilir. Bu günə qədər dizel ofrouderi 286 at qüvvəsinə malik olan G350d modifikasiyasında təklif edilirdi.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mercedes-Benz G400d və G500 modellərinin Stronger Than Time versiyası standart olaraq AMG Line dəsti, Burmeister səs sistemi, işıqdiodlarından fənərlər, lyuk və digər avadanlıqla təchiz edilir. Xüsusi seriyanın interyer tərtibatı üç variantda təklif edilir.

Mercedes-AMG G63 Stronger Than Time modeli qara xrom elementləri, 22-düymlük təkər diskləri, salonun qara-boz dəridən tərtibatı, həmçinin asfaltdan yolsuzluğa çıxmaq istəyənlər üçün nəzərdə tutulmuş AMG Trail opsional dəsti ilə təklif edilir.