Mercedes-Benz şirkəti yenilənmiş Marco Polo Activity kemperini təqdim etdi. Yenilənmiş kemper pnevmatik asqıya və 239 at qüvvəli dizel mühərrikinə sahib olub.

Yenilənmiş Vito modelinin ardınca, onun səyahətlər üçün hazırlanmış Marco Polo Activity versiyası Avropa bazarına çıxır. Əsas yeniliklərdən biri, 2020-ci ilin oktyabr ayından etibarən əlçatan olacaq AirMatic pnevroasqısıdır. "İdman" rejimində və yaxud 100 km/saat həddindən yuxarı sürətlərdə avtomobil avtomatik olaraq 10 millimetr "aşağı oturur". Nahamar səthlərdə 30 km/saat sürəti ilə hərəkət edərkən klirensi 35 millimetr artıran rejimi seçmək olar.

Eyni zamanda, kemperin mühərrik çeşidinə 239 at qüvvəsi hasil edən 2,0-litrlik dördsilindrli dizel aqreqatı daxil edilib. Qarışıq rejimdə dizel modifikasiyası 6,0-6,6 litr arasında yanacaq sərf edir. Kemper sıfırdan "yüzlüyə" sürətlənməyə 7,7 saniyə sərf edir. Furqonun maksimal sürəti 210 km/saatdır.

Bundan başqa, kemperin mühərrik çeşidinə 101-188 at qüvvəsi arasında gücə malik olan dizellər daxildir. Baza mühərriki 6-pilləli mexaniki qutu və ön ötürmə ilə, qalanları isə 9-pilləli "avtomat", arxa və ya tam ötürmə ilə təchiz edilirlər.

Image alt Image alt Image alt Image alt

Mercedes-Benz Marco Polo beş və ya yeddi nəfərlik versiyalarda təklif edilir və yataq yeri yaradan qalxan dam, Distronic adaptiv kruiz-kontrolu və arxa görüntü güzgüsünə quraşdırılmış ekran ilə təchiz olunur. Sonunci opsiya 2020-ci ilin oktyabrından əlçatan olacaqdır.