Mercedes-Benz şirkəti yenilənmiş E-Class ailəsi haqqında ilk məlumatı dərc edib. Şirkət nümayəndələrinin sözlərinə görə, yenilənmiş E-Class ailəsi yeddi hibrid modifikasiyaya və təkmilləşdirilmiş elektron yardımçılara sahib olacaqdır.

Zahiri cəhətdən dəyişikliklər elə də çox olmayacaqdır - yenilənmiş modellər başqa bamperlərə, həmçini CLS və CLA modellərinin işıq texnikasını  xatırladan yeni ön və arxa fənərlərə sahib olacaqdırlar. Əsas dəyişikliklər Mercedes-Benz E-Class modelinin texniki təchizatında baş verəcəkdir.

Məsələn, Active Distance Assist sistemi yenilənmədən sonra tıxacları «görməyi» və yaxud axının hərəkət sürətinin aşağı düşməsini sürücüdən öncə aşkar edərək, avtomatik şəkildə sürəti azaldacaqdır. Active Brake Assist funksiyası isə yolayrıcında və ya trayektoriyaların kəsişməsi zamanı qəza təhlükəsini aşkar edərsə, dərhal avtomobili dayandıracaqdır.

Təkmilləşdirmələr kor zonalara nəzarət sisteminə də aiddir - artıq bu sistem qapıların açılması zamanı yaranan potensial təhlükəni sönmüş mühərriklə belə qeydə alacaqdır. Yenilənmədən sonra dairəvi müşahidə kameraları avtomobili kənardan da göstərəcəkdirlər.

Salonda sensorlu idarəetmə düymələri olan yeni sükan çarxı, səslə idarəetməsi, tamamlanmılş reallıq funksiyasına sahib olan naviqasiya sistemi olan MBUX multimedia sisteminin iki 10,25-düymlük ekranı peyda olacaqdır. Sonuncu opsiyanın avtomobilin baza təchizatına daxil ediləcəyi vəd olunur.

Modelin mühərrik çeşidində də ciddi dəyişikliklərin olacağı gözlənilir. Avtomobil, benzin və dizel mühərriklərinin əsasında yaradılmış yeddi hibrid versiyada təklif ediləcəkdir. Bu modifikasiyalardan dördü tamötürməli olacaqdır. İki ənənəvi daxili yanma mühərriki də təklif ediləcəkdir: 272 at qüvvəli 2,0-litrlik «turbodördlük» və 367 at qüvvəli 3,0-litrlik «turboaltılıq».

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş Mercedes-Benz E-Class modelinin təqdimat tarixi açıqlanmayıb. Çox güman ki,  yenilənmiş ailənin kütləvi nümayişi Cenevrə avtosalonunda baş tutacaqdır. Bununla belə, yenilənmiş modellərin satış tarixi məlumdur - avtomobillər 2020-ci ilin yayında diler salonlarında peyda olacaqdırlar.